RAMİLƏ ATƏŞ: ŞUŞANIN DAĞLARI

                ŞUŞANIN DAĞLARI
Döğma torpaqlara baxırıq gendən,
Qurtar uca Tanrı bizi bu qəmdən.
Yurd, torpaq həsrəti bizi dağlayır
Şuşaya gedən yolu yağı bağlayır.

İsa bulağına gedə bilmirik
Cabbarın səsini duya bilmirik.
Hanı Xan Əminin yanğılı səsi?
Bülbül haraylayır, səsləyir bizi.

Xan qızı Natəvan çağırır bizi
Şuşanın Xatunu səsləyir bizi.
Döyüş meydanına çıxın, igidlər!
Qana-qan, cana-can deyin, igidlər.

Xarı bülbülümüz qoy nəfəs alsın
Şuşamız düşməndən tez azad olsun.
Şuşanın dağların oxusun Şövkət
Qarabağ şikəstəsin dinləsin millət.

 

Pressaz.az