Ramilə Atəş: “ŞƏHİDLƏR QÜRURUMUZ”

            ŞƏHİDLƏR QÜRURUMUZ
İftixarla yüksəlir üç rəngli bayrağımız,
Qələbəyə aparır əzəmətli ordumuz.
Düşməndən azad olur həsrət çəkən yurdumuz,
Torpağ uğrunda ölən, şəhidlər qürurumuz.

Füzulim, Cəbrayılım, Zəngilanım çağırır,
Həsrət bitən bu yollar Qubadlıya aparır.
Xocalım acısını içinə çəkib ağlar,
Laçından salamlayar başı dumanlı dağlar.

Sinəsi dağlı bağlar, boynubükük ağaclar,
Sahibini gözləyir durna gözlü bulaqlar.
Əzilmiş, dağıdılmış, cənnətim Qarabağım,
Yeni tarix yazacaq, yenilməz şanlı ordum!

Üç rəngli bayrağımız şərəfli and yerimiz,
Dalğalanır ruh verir, bizlərə ümid verir.
Şuşa qalası sənsiz qəribsəyib, darıxıb,
Azərbaycan əsgəri qələbəyə köklənib.

 

 

Ramilə Atəş -Pressaz.az