Ramilə Atəş: “QARABAĞDA , ŞUŞADA UCALSIN BAYRAĞIMIZ”
QARABAĞDA , ŞUŞADA UCALSIN BAYRAĞIMIZ
Güvənirik biz sənin hünərinə, əmrinə,
Vur əmrini ver bizə, Ali Baş Komandanım.
Qov düşməni sonacan, irəli mərd əsgərim,
Qarabağda, Şuşada ucalsın bayrağımız.
Şanlı ordum, şərəflə bayraqların yüksəlir,
Xan əminin nəfəsi Şuşamızdan səslənir.
Vur, əmrini ver bizə Ali Baş Komandanın,
Düşmən macal tapmamış qarşısında dayanım,
Mənfurları məhv edək, Qələbəni qeyd edək.
Ali Baş Komandanım, sən ümid pənahımız,
Qələbə müjdəsi ilə açılır sabahımız.
Cəbrayıl, Füzulidə yüksəldi bayrağımız,
Gur alışsın her zaman çatılan tonqalımız,
Qarabağda, Şuşada ucalsın bayrağımız!
Ramilə Atəş – Pressaz.az