RAMİLƏ ATƏŞ: QARABAĞA GEDİRƏM
QARABAĞA GEDİRƏM
Gəzirəm torpağımı mən qarış-qarış,
Mənə Ağdamımdan, Şuşadan danış.
Xəyalım Laçında, Zəngilandadlr,
Kəlbəcər, Xocalı, Cəbrayıldadır.
Füzuli torpağı şəhidlər verib,
Zəngəzur Mahalı bizlərdən gedib.
Ağdərəm, Qubadlım nələrdən keçib,
Daha qalmayıbdır səbrim, tükənib
Xəyalım Xankənddə, Xocavənddədir.
Əsgər paltarımı geyib əynimə
Mən də sarılmışam silaha bu gün.
Gedirəm Qarabağa, xəyal qurmuşam,
Müsəlləh əsgərtək hazır durmuşam.
Ramilə Atəş