Ramilə Atəş: Qafanlılar

Qafanlılar

Dünyaya tək gəlibdir öz ağlı, zəkasıyla
Yüksəklərə ucalıb dönməz iradəsiylə.
Bir birinə əl tutub, yıxılanı qaldırıb
Düşməni ağlar qoyub, yandırıb Qafanlılar.

Şeir, sənət dünyasını yaradıb bəşəriyyət
Mənəvi qidasıdır sevimli ədəbiyyat.
Dastanlar yaradıbdır, ömürlük əbədiyyət
Sənətin kralıdır, ustaddır Qafanlılar.

Dostluqda sədaqətli, inamlı, etibarlı
Sabahın günəşidir, günəşli Qafanlılar.
Özünə güvənlidir, hara baxsan ellidir
Çoxda şirin dillidir, bəllidir Qafanlılar.