RAMİLƏ ATƏŞ: SEVİNCLİ GÜNLƏR
SEVİNCLİ GÜNLƏR
Sevincli günləri bəxş edir bizə
AYTV1-dəki Elnarə xanım.
Şirin avazıyla, nazla danışır
Efirə yaraşır Elnarə xanım.
Sevimli anları tarixə yazır
Çalışır, çalışır Elnarə xanım.
Sevincli günləri bizlə bölüşür
Efirə yaraşır Elnarə xanım.
Qəlbinin səsini duyar sevənlər
Sevgiylə doludur Elnarə xanım.
Sənətə bağlıdır qəlbi, ürəyi
Qəlblərdə yaşayır Elnarə xanım.
Sevincli günlərin sayı bilinməz
Ramilə Atəşin sözü tükənməz.
Qorxuram birlikdə göz dəyər bizə
Allahım qorusun bizi nəzərdən
Bir yerdə sevinək Elnarə xanım
“Sevincli günlər” verilişinin aparıcısı Elnarə Şərurluya
Qaçacağam mən
Bu hissi içimdə boğacağam mən,
Bu qəmi-qüssəni qovacağam mən,
Gözümün yaşını axıtsam belə,
Bu sənli dünyadan qaçacağam mən.
Ürəyim dözməyir, səssiz ağlayır,
Məhəbbət, bir həsrət yolum bağlayır,
İndi sənsiz dünyam sənsiz ağlayır,
Bu ağlar dünyadan qaçacağam mən.
Sözümün üstündə duracağam mən,
Xəncəri qəlbindən vuracağam mən,
Səni ağlar qoyub, baxacağam mən,
Bu sözlü dünyadan qaçacağam mən
Səni xəyanətlə vuracağam mən,
Xəyanət görmüşəm yanacağam mən,
Səni də yandırıb, yaxacağam mən,
Bu yanan dünyadan qaçacağam mən.
Doğrunu yalandan seçəcəyəm mən,
Xəyanət sözünü siləcəyəm mən,
Yalandan bezmişəm, öləcəyəm mən,
Bu yalan dünyadan köçəcəyəm mən.