Ramilə Atəş: “QƏLƏBƏ BİZİMDİR!” – FOTO

         QƏLƏBƏ BİZİMDİR!
Vətən sizə əmanətdir, qardaşlar,
Tanrı olsun dayağınız, yaxşı yol.
Əl açıb dualar edirik sizə,
Tanrı olsun dayağınız, yaxşı yol.

Otuz illik həsrət bizi yorubdu,
Anaları boynu bükük qoyubdu.
Şuşanın yoxluğu yandırır bizi,
Vətən sizə əmanətdir, qardaşlar,
Tanrı olsun dayağınız, yaxşı yol.

Haydı, ər oğullar, qalxın ayağa,
Qələbə bizimdir, sarıl bayrağa.
Qov yağı düşməni, Qarabağ bizim!
Sürünüm o torpaqda mən dizin-dizin.

Udum havasını, suyundan içim,
Öz doğma yurduma, evimə köçüm.
Halal obamıza, torpağımıza,
Sahib çıxmalıyıq, yalnız özümüz
Allahın hökmüylə vardır gücümüz.

Atəşəm, qəlbimdə vardır məhəbbət,
Qalib gelecekdir, haqq ve ədalət.
Var oğlunda, hem qızında dəyanət,
Azərbaycan torpaqdır səadət,
Tanrı olsun dayağınız, yaxşı yol!

ĺ

 

Ramilə Atəş – Pressaz.az