Ramilə Atəş: “QƏDİM BEYLƏQANIM, ŞƏHİDLƏRİN VAR”!… VİDEO

QƏDİM BEYLƏQANIM, ŞƏHİDLƏRİN VAR!

Qədim Beyləqanım, Şəhidlərin var,
Torpağa can verən igidlərin var.
Kəbirli, Təzəkənd qəhrəman diyar,
Bolsulum, Baharım, Şəhidlərin var.

Qarşıla, “Yeni-Mil” Şəhidlərini,
Tacirin, Sənanın, Səddamın gəlir.
Eminlə birlikdə, Elgün, Elməddin,
Bayrağa bükülmüş Babəkin gəlir.

Qarşıla, “Yeni-mil”, oğlun Ramili,
O zəfər tarixinə yazdı adını.
Şam kimi yanaraq, şölələr salan,
Qədim Beyləqanım, Şəhidin gəlir.

Qədim Beyləqanın göylər qartalı,
Düşməni məhv etdi, özü yaralı.
Havada vuruldu, Qasımov Ramiz,
Polkovnik-leytinant, qəlbimizdəsiz,
Bir iz buraxdınız, Şəhidim gəlir.

Əlinəzərli kəndi mərdlər məskəni,
Göstərdi Qarabağda öz hünərini.
Dəmirov Siyahım, dəmir biləkli,
Tarixə yazıldı, mərd, şir ürəkli.

Orta Əlinəzərli, qəlbi yaralı,
Neçə ana gördüm ürəyi dağlı.
Gözləri yaşlıdı, qapısı bağlı,
Qaraya bürünmüş ana möhkem ol,
Qarşıla oğlunu, Şəhidin gəlir!

Yerin cənnət olsun, nurlu Şəhidim!
Məzarın üstünə güllər əkilir,
Şəhidlər bulağı, size tikilir,
Beyləqan sizlərlə göyə yüksəlir.

Qarşıla, Beyləqan, Şəhidlərin var,
Kəbirli kəndində on yeddi məzar,
On yeddi and yeri, ziyarətin var.
Bayrağa bükülmüş on yeddi şəhid,
Hər gün on yeddi min, ziyarətçin var!

,,Şəhidlər” kəlməsi arzu-diləkdə,
Şəhidlər qəlblərdə yaşayacaqdır.
Torpağa can veren igid oğullar,
Əbədi tarixə qovuşacaqdır.

Ramile Atəşin arzu-diləyi,
,,Şəhidlər” dastanı yazmaq olacaq,
Yazılan əsərlər, deyilən sözlər,
,Bizim Şəhidlərə ibadətimiz
Andımız, əhdimiz, sədaqətimiz…

Şair-publisist Ramilə Atəş