RAMİLƏ ATƏŞ: PULLAR YAĞSIN YAĞIŞTƏK
Pul bizim həm varımız, dövlətimiz,
Bizi “ulduz” eyləyən həm şanımız, şöhrətimiz.
Pul bizim həm atamız, həm anamız,
Başımız ağrıyanda əlac olan dərmanımız.
Pul bizim yaman gündə yarağımız,
Tumarlı saçımızda darağımız.
Pul bizim zülmətləri qovanımız,
Pul bizim ən hörmətli qonağımız.
Pul bizim üzdə olan gülüşümüz,
Sabaha işıq saçan günəşimiz.
Pul bizim dünənimiz, bu günümüz,
Daima əldə yanan çırağımız.
Pul bizim xeyirxahlıq ad-şanımız,
Pul bizim yolçuluqda ən dəyərli qardaşımız.
Onu kim əvəz edər, qardaşlığı əzib keçər,
Zəhər dolu badəni kim əlinə alıb içər?!
Pula meyl eyləyənler vallah düz yolu seçiblər,
Bu pula çatmaq üçün nə əzablardan keçiblər.
Pul bizə rahat həyat, xoş güzəran bəxş eyləyib.
Pulu olmayan kəslər dəli olub, qəşş eyləyib.
Pulu görənlər bilir onun dadın, ləzzətini,
Dişinə çəkən zaman körpə quzunun ətini.
Pul bizə yağlıı tikə, şirin-şəkər tortumuzdur,
Pulun varsa yaşamağa cənnət elə yurdumuzdur.
Pulu say dəstə-dəstə, üflə tozun, təmiz saxla,
Pulun varsa gizlə seyfdə, qıfılını tez-tez yoxla.
Hərdən cıxart bax, üstünə nəm düşməsin,
Üzərlik yandır, hərlə, qoy puluna göz dəyməsin.
Pul nazlı gəlin kimi, çox nazıını çəkən gərək,
Nə qədər cox olsa belə, cox qədrini bilən gərək.
Nazını şəkməyənə üz çevirib qaçıb gedər,
Onu sevən birisinə nazlı nigar olub gedər.
Pulu sev özün qədər, taleyini dəyiş, yasa,
At kasıblığın daşın, pulla bu yolu vur başa.
Pulu sev, sevdir ona həm özünü, həm sözünü,
Pulu cox olanların hər kəs dinləyər sözünü.
Pul səni “müəllim” edər çoban olsa da sənətin,
Günahkar olsan belə qurtarar zindandan səni.
Pul səni “kişi” edər el içində tanınarsan,
Kasıba “əl tutarsan” xeyirxah” adın alarsan