RAMİLƏ ATƏŞ: O SEVİR AZƏRBAYCANI

Azərbaycanımızın xeyirxah oğlu Hacı Məhərrəm Novruzova həsr oliunur

 

O SEVİR DÜNYADA AZƏRBAYCANI

Hacı Məhərrəmə hamı üz tutur,
Onun köməyilə dərddən qurtulur.
Kasıba, yetimə, təsəlli, kömək,
Əsl mərhəməti gərəkdir görmək.

Diləklər, arzular yerinə yetər,
Ayaq basdığı yer çiçək bitirər.
Bizi- bizdən alıb haqqa yetirər,
Haqqın tərəfdarı, Hacı Məhərrəm.

Üzündə nur var ki, günəştək yanar,
Təmiz simasına gülüşlər qonar.
Öz dərdi olsa da gizlicə saxlar,
Zəhmət ad alıb, Hacı Məhərrəm.

Naxçıvan deyəndə cana, can gələr,
Onun varlığılə Hacı da dinər.
Gəl, ay eloğlu, göstər bir hünər,
Sənin səxavətini el- oba bilər.

Sadədən sadədir, yoxdur bənzəri,
Düşmənə can verməz, sancar xəncəri,
Torpağa, Vətənə bağlıdır canı,
O sevir dünyada Azərbaycanı!

Ramilə Atəşi gətirdin dilə,
Yazdığım misralar yayılsın elə,
Səni uca Tanrı ucaltsın belə,
Hacı Məhərrəm də qərq olsun gülə.

 

Pressaz.az