RAMİLƏ ATƏŞ: NOVRUZ ÇƏLƏNGİ

               

               NOVRUZ ÇƏLƏNGİ 
Bahar təravətini yetiribdir bizlərə,
Novruz bayramı gəlir, gülüş qonub üzlərə.
Yaşıllaşır çöl-çəmən, bülbül nəğmə oxuyur,
Qaranquşlar həvəslə özünə yuva qurur.

Səmənilər xoncada nazlanır gəlin kimi,
Yumurtalar rəngbərəng bəzəyir süfrələri,
Keçəl payını yığır, Kosaya vermir aman,
Min illərdir yaşadır Novruz bayramın zaman.

Bənövşələr, nərgizlər ətir saçır ətrafa,
Al lalələr bəzəyir, düzləri, dərələri.
Küsənlər də barışır, unudub hər acını,
Novruz çələngi bəzər, hər gəlinin tacını.

Aş qazanı qaynayar hər ocaqda, hər evdə,
Şəkərbura, paxlava, şor qoğalı, ağ noğul.
Şirin-şirin danışar, ağbirçəkli nənələr,
Nəvələrə pay tutar Novruz xonçalarından.

 

Pressaz.az