RAMİLƏ ATƏŞ: MİLLƏTİMİN AND YERİ
Millətimin and yeri
Bir müqəddəs məkan var,millətimin and yeri,
Orda yatır şəhidlər,igidlər,qəhrəmanlar.
Öz qanilə yazdılar azadlıq kəlməsini,
Şəhidlər ölmür deyib, ucaltdı haqq səsini.
Gələcəyə nümunə, igidlik göstərənlər,
Burda yatır ərənlər, yurd qədrini bilənlər.
Qara baglayan ana, başını əymə, dik tut,
Sən şəhid anasısan, başımızın tacısan.
Şəhidlər xiyabanı adlanır bu and yeri,
Bizlərə örnək olub, sədaqətli, vəfalı,
Fərizə-ilham əhdi tarixə yazdı adın,
Ucaltdı yüksəklərə Azərbaycan bayrağın.
Pressaz.az