RAMİLƏ ATƏŞ: MƏNİM BAHAR ÇİÇƏYİM

Mənim bahar çiçəyim

(Qızım Fəridəyə)

Mən səni cox sevirəm,
Sən nurlu sabahımsan.
Yaşıl çəmən içində,
Mənim bahar çiçəyim.

Güllər içində təksən,
Sən hamıdan qəşəngsən.
Bir balaca mələksən,
Mənim bahar çiçəyim.

Gözlərin saf bulaqdır,
Dodaqların qaymaqdır.
İşin dərs oxumaqdır,
Sən istəkli balamsan,
Mənim bahar çiçəyim.

Cəh-cəh vuran bülbülüm,
Şirin sarı sünbülüm.
Çəməndəki tək gülüm,
Mənim bahar çiçəyim.

 

Pressaz.az