RAMİLƏ ATƏŞ: “KORONA NƏ KARƏDİR”…
KORONA NƏ KARƏDİR!…
İnsanların içində viruslar var, ay qardaş,
Korona nə karədir, vallah o, biçarədir.
Bu “insanlar” virusun anasıdır, anası,
Adam ağlın itirir, baş qalmayıb qanası.
Ara vuran, ev yıxan, şər-şəbədəni yaxan,
Ağzın açmamış, inan üfunət kimi qoxan.
Viruslar var, ay qardaş, səni qəfil öldürər,
Korona nə karədir, vallah o, biçarədir.
İnsan var ki, adını gərək virus qoyasan,
Spirtli suya qoyub, dilini qoparasan.
Aldığı nəfəs yalan, qurduğu plan yaman,
Viruslu nəfəsiylə zəhərləyir hər kəsi
Korona nə karədir, vallah o, biçarədir.
Qoysan köpüklü suya, suyu da zəhərləyər,
Boğazlara ip salıb, it kimi zəncirləyər.
Bu virusun qənimi sənin ədalətindir,
Bizi yaradan,Allah, hökm, qərar sənindir,
Korona nə karədir, vallah o, biçarədir.
Pressaz.az