Ramilə Atəş: Kasıblar dayağı
KASIBLAR DAYAĞI
Hacılar içində seçilir adı,
Yad edər hər zaman qohumu, yadı.
Ürəyi kövrəkdir, üzü nurludur,
Kasıblar dayağı Hacı Həmdulla.
Dostluqda möhkəmdir, yoxdur bənzəri,
Şeirə, sənətə var məhəbbəti.
Var el arasında sonsuz hörməti,
Hörmətə layiqdir Hacı Həmdulla.
Dinini, dilini sevən el oğlu,
Məsləyi, məqsədi vətən, el onun.
Yolu Heydər yolu, İlhamla gedir,
İlhamlı insandır Hacı Həmdulla.
Doğma torpağına bağlı ürəyi,
Azadlıq olubdur arzu, diləyi.
Azəri torpağı dini, imanı,
İmanlı insandır Hacı Həmdulla.
Ramilə Nəsibqızı