Ramilə Atəş: “Kasıb nədir,taksi nədir?” – FOTO
“Kasıb nədir,taksi nədir?”
Kasıb nədir,taksi nədir,
Sən,avtobus gözlə,kasıb.
Nə tələsik işin var ki,…
Yay da,qış da,bekarsan ki,
Sən avtobus gözlə kasıb.
Həddin nədir toy edəsən,
Təm-təraqla kef edəsən,
Qudurmusan sən deyəsən,
Kasıb nədir,deyə-gülə,
Göz yaşını axıt,gölə.
Metro sənin yol yoldaşın,
Çoxdur”kasıb”qardaşların,
Avtobusda sirdaşların,
Maskanı tax,səs eyləmə,
Şirin cana qəsd eyləmə,
Sən,avtobus gözlə,kasıb.
Tapdığına şükr eylə,
“Ağsaqqalın”sözün dinlə.
Bu restoran,şadlıq evi,
Sənlik deyil,ayıl bir az,
Tədarük gör yavaş-yavaş,
Qarlı qışa,az qalır,az.
Nə məktəb var,nə də baxça,
Kasıb,bağlı qalıb xonçan.
Karantin qurtarar haçan?
Sən gözləmə,nə toy-nişan,
Həddin nədir toy edəsən,
Sən avtobus gözlə,kasıb!
Pressaz.az