RAMİLƏ ATƏŞ: GƏLİN ANASI
GƏLİN ANASI
Qızın gəlin köçür, gəlin anası,
Vağzalı çalınır sən kövrəlirsən.
Əlləri xınalı qızlar rəqs edir,
Qızın gəlin köçür, səni tərk edir.
Başını uca tut, gəlin anası,
Bu elin adəti, gəlin anası.
Xeyir-dua versin qızın atası,
Sənin üzün gülsün, gəlin anası.
Qızın gəlin köçür, cehizi səndən,
Aparır özülə abır-isməti.
Taleyin var imiş əcəb qisməti,
Cehizi bol eylə, gəlin anası.
Xoşbəxtlik arzula, bütün qızlara,
Toy-büsat yaraşır Azərbaycana.
Bu gündən olursan sən də qaynana.
Vağzalı çalınır, sən kövrəlirsən,
Qızın gəlin köçür, gəlin anası.
Gəlin havasına oynayır ellər,
İsmətli qızlara aynadır ellər.
Sən də bir qol götür, oyna bizimlə,
Qızın gəlin köçür, gəlin anası,
Başını uca tut, gəlin anası.
Pressaz.az