RAMİLƏ ATƏŞ: DÖNƏRİK QARABAĞA QƏNİRƏ XANIM!

 

Millət vəkili Qənirə Paşayevanın “Ruhum Qarabağlıdır” şeirinə

 

DÖNƏRİK  QARABAĞA QƏNİRƏ XANIM! 

Sən bir qəhrəmansan,
Sən bir cəngavər,
Əlində qələmin silahdaşındır.
Vətənə məhəbbət, torpağa sevgi,
Bu xalqa, millətə sevdirib səni.
Nə qorxu bilirsən, nə riyakarlıq.
Bu xalqın ləkəsiz aynası sənsən.
Allah heç lütfünü əsirgəməmiş,
O, gözəl üzündən,Qənirə xanım.
Kişi qeyrətlisən, Həcər hünərli,
Qəlbi şəfqət dolu, Qənirə xanım.
Ellər kamalına, hüsnünə vurğun,
Bu gözəl yurdumun, füsunkar qızı.
Dünyaya Qarabağ harayı saldın,
Qarabağ söyləyib qəlbini açdın,
Gecələr yuxun da ərşə çəkildi,
Gözünün yaşları qurumadı heç.
Qarabağ həm atam, həm anam dedin,
Qədim ulu yurdum,pənahım dedin.
Cənnət torpağımdan ayrı qalmaram,
Mənim son mənzilim Qarabağ dedin!
Mənim mələk üzlü,cəngavər bacım,
Qəlbi Qarabağla döyünən bacım,
Ruhun Qarabağlı, qiblən Qarabağ!
Bizi qovuşdurar Uca yaradan!
Dönərik birlikdə biz Qarabağa,
Şuşadan səslənər Bülbülün səsi,
Yayılar hər yana azad nəğməmiz.
Dönərik Qarabağa, Qənirə xanım!
Dönərik Qarabağa!

 

Pressaz.az