RAMİLƏ ATƏŞ: ÇOVĞUN BİZİ APARACAQ….

Çovğun bizi aparacaq….

Qış da keçir yaz kimi, bax
Bu nə təlaş, nə haray, ah….
Göydən yerə qar düşməmiş
Deyirlər ki, qar yağacaq,
“Çovğun bizi aparacaq! ”

Qardan yoxdur bir əlamət,
Təki olaq biz səlamət.
Hər kəs görür tədarükün,
Deyirlər ki, qar yağacaq,
“Çovğun bizi aparacaq! ”

Qışda qar da, buz da olar,
Hava bulud, boz da olar.
Hərdən külək sərt də olar,
Bu nə təlaş, nə haray, ah
Qış da keçir yaz kimi, bax.

Təbiətin qanunu var,
Yayda isti, qışda soyuq.
Payız külək, yaz yağışlı
Qışın qarı olsun gərək.

Yalan yanlış proqnozlar
Xalqı yorub, bezdirib ahh…
Yağış deyir, günəş çıxır,
Qış da keçir yaz kimi, bax
Deyirlər ki, qar yağacaq! ?

Atəş deyər yalandan qaç,
Səmimi ol, qəlbini aç.
Dünya bizim evimizdir,
Qış da bizim, yaz da bizim
Hər bir dərdə vardır çözüm .

 

Pressaz.az