Ramilə Atəş & Cezayir Cengiz – YENİ ŞEİR – VİDEO
O SƏNSƏN, QADIN
Gözəlliyi hər kəsi valeh edən, sən,
İlahi qüvvə sən, bir möcüzə sən.
Həm zərif, həm cəsur, həm cazibədar,
Dünyanın xilaskarı, o sənsən, qadın!
İgidlər böyüdüb, dastanlar yazan,
Kədərin yerinə, sevinc yazan, sən.
Yeriyəndə ay kmi işıq saçan, sən,
Cənnəti yaradan, o, sənsən, qadın!
Bəzən qiymətini bilməyən olur,
Qadınsız bu dünya bir zülmət olur.
Dünyamız gah dolur, gah da boşalır,
Dünyanın anası, o, sənsən, qadın!
Kim ki, sənə qıyır, o peşman olar,
Ona bu gen dünya cəhənnəm olar.
Dünyanı bəzəyir sənin gülüşün,
Dünyanı yaşadan, o, sənsən, Qadın!
Ramilə Atəşin “O sənsən, qadın!” şeirini Türkiyə Anadolu Dernek TV-də aparıcı, bir çox türk sinema-dizilərdə rol almış, aşıq, şair Cezayir Cengiz səsləndirib.
Pressaz.az həmin videonu təqdim edir:
Pressaz.az