RAMİLƏ ATƏŞ & CEZAYİR CENGİZ- “ÖZÜMƏ YAZIĞIM GƏLİR”… VİDEO

Türk dizi-sinema oyunçusu-Anadolu Dernek TV -də proqramçı Cezayir Cengiz Azərbaycanlı şair-publisist Ramilə Atəşin “Özümə yazığım gəlir” şeirini səsləndirib. 

Həmin videonu oxucularımıza təqdim edirik.

ÖZÜMƏ YAZIĞIM GƏLİR…

Çoxu uzaqdan baxıb
Mənə həsəd aparır.
Kim bilir ki, dərdimi,
Qəlbim tufan qoparır,
Özümə yazığım gəlir.

Çoxu uzaqdan baxıb,
Od- alovdur söyləyir,
İçim məni yandırır,
Çölüm özgələrini,
Özümə yazığım gəlir.

Bəxtəvərdir deyirlər
Üzə düşüb gülərəm.
İçin- için ağlayıb,
Özümə yazığım gəlir.

Sevgim üzümə gülmədi,
Heç vaxt qədrimi bilmədi.
Nə istədim o bilmədi,
Özümə yazığım gəlir.

Bir vaxt onu çox sevmişdim,
Heç günaha girməmişdim,
Çox qərib bir işə düşdüm,
Özümə yazığım gəlir.

Üz çevirib yadlar kimi,
Çox uzaqdır dağlar kimi,
Mən də yazıq, yetim kimi,
Özümə yazığım gəlir.

Görən səbrim çatacaqmı,
Günəş işıq saçacaqmı,
Qaranlıqlar qaçacaqmı,
Özümə yazığım gəlir.

Gecələrim uzun olur,
Qaranlıq saçımı yolur.
Düşünürəm göz yaşımla,
Gözümə yazığım gəlir.

Gündüz gülüb- danışıram,
Dayanmadan çalışıram,
İçin- için alışıram,
Özümə yazığım gəlir.

Göz yaşımı boğuram mən,
Qürurluyam sanıram mən,
Pərvanətək yanıram mən,
Özümə yazığım gəlir.

Çalışmaqdan yorulmadım,
Namərdlərə yan almadım,
Var- dövlətə qul olmadım,
Öz sevgimə nökər oldum,
Sevgimə yazığım gəlir.

Çoxu deyir qəlbin daşdır,
Sevgisiz gözlərim yaşdır,
Bu necə məhəbbət, eşqdir,
Özümə yazığım gəlir.

Görən deyir oddur bu qız,
Hər bir dərdə yaddır bu qız.
Ürəyimdə qəm çəkirəm,
Öz- özümlə danışıram,
Özümə yazığım gəlir.

 

 

Pressaz.az