RAMİLƏ ATƏŞ: CANIM BEYLƏQAN

 

           Canım Beyləqan

 

Beyləqanım yağdı,baldı, qaymaqdı,  

Yıxılana arxa duran dayaqdı.

Çörəyini yeyər mərd də, namərd də,

Namərdə də dostdur, canım Beyləqan.

 

Toylu-büsatlıdır, allı-güllüdü,

Gələn qonaqlarla şirin dillidi.

Kim ki, acı dildi, o yad ellidi,

Şirindən şirindi, baldı Beyləqan.

 

Çörək kəsməmisən, çörək vermisən,

Çörəkli torpaqdı, canım Beyləqan.

İllərin sınağı bərkidib səni,

Yaşa yaşadıqca, canım Beyləqan.

 

Yadlar çörəyinə xain baxdılar,

Adına min cürə ləkə yaxdılar.

Sənin varlığından inan qorxdular,

İgidlər məskəni, canım Beyləqan.

 

Namərdlər yesə də duz-çörəyini,

Düz yol göstərmisən, canım Beyləqan.

Müqəddəs məkansan, and yerisən sən,

Peyğəmbər məkanı, canım Beyləqan.

 

Kim bilmir qədrini, tutulsun gözü,

Peyğəmbər ocağı, canım Beyləqan.

Gozü götürməyən dərddən öləcək,

Sən pirsən, ocaqsan, canım Beyləqan.

 

Mən fəxr eyləyirəm Beyləqanımla,

Ucadan ucadır, dağdır Beyləqan.

Kişi qeyrətlidir qızı-gəlini,

Mərdlər məskənidir, mərddir Beyləqan.

 

İmanın itirən imana gələr,

Gözlərin nurudur, nurlu Beyləqan.

Gozəl diyarları çoxdu yurdumun,

Qədimdən qədimdir, təkdir Beyləqan!

Mənim vuran qəlbim, pakdır Beyləqan!