RAMİLƏ ATƏŞ: BÜTÖVLƏŞ CAN AZƏRBAYCAN

BÜTÖVLƏŞ CAN AZƏRBAYCAN

 

Qarabağa baxdı gözüm,

Qanlı yaşlar tökdü gözüm.

Ürək yandı, qaldı közüm

Bu dərdlərə necə dözüm.

 

Yurd həsrəti çəkən yandı

İnildəyən ana, candı.

Bəsdir çəkdik acı yandıq,

Dərdimizi bəsdir dandıq.

 

Göz yaşları tökdük bəsdir

Şəhidləri verdik bəsdir.

Ah-nalələr duyduq bəsdir

Qisas vaxtı, qan vaxtıdır

Düşməni qovmaq vaxtıdır

 

Qalx ayağa Azərbaycan

Tufan qopar, üsyan eylə.

Qarabağdır sənin canın

Bütövləş, can,  Azərbaycan