Ramilə Atəş: “BİLMİR QƏDRİMİ”…

 

         BİLMİR QƏDRİMİ

Niyə tənhalığım sıxır qəlbimi,
Əlçatmaz eyləyir, bölmür dərdimi.
Niyə sevdiklərim bilmir qədrimi,
Ehtiyac duyanda tutmur əlimi.

Elə kövrəlib qəlbim ağlayır,
Bizi yalan-yalan sözlər ayırır.
Ürək sızıldayır, ürək ağrayır,
Tənhalıq insanın yolun bağlayır.

Nədən etibar güvəni qırıb?
Mənasız sözlərlə hər kəsi yorub.
İndi göylərdə bulud tək dolub,
Yağmaq, sel kimi coşmağa gəldim.

Atəşəm, alovum özümü yaxdı,
Nədən acı həyat üzümə baxdı
Qəlbimdə deməyə sözlerim çoxdu.
Düzülür sədəf tək ağ varaq üstə,
Şeirlər yaranır bax, dəstə-dəstə.

 

 

Ramilə Atəş – Pressaz.az