RAMİLƏ ATƏŞ: BEYLƏQANLIYAM
Beyləqanlıyam
Əslimi, soyumu soruşsan əgər
Əslim Qafanlıdır, Beyləqanlıyam.
Ulu bir torpaqda doğulmuşam mən
Əslim dağlar qızı, Beyləqanlıyam.
Əslim, nəcabətim, köküm var mənim
Şairlər diyarı, Beyləqanlıyam.
Sevirəm, Vətənimi fəxr edirəm mən
Müqəddəs məkandan, Beyləqanlıyam.
Zəhmətkeş bir xalqın övladıyam mən
Gözlərin heç zaman eləməsin qəm.
Qışın sərt soyuğu səni üzməsin
Günəşli torpaqdan, Beyləqanlıyam.
Tanrının adı ilə ucalan enməz
Nankor yaxşıların qədrini bilməz.
Yüz təbib yığışsa sağalda bilməz
Ramilə Atəşi gözlər götürməz.
Gözəllər diyarı, Beyləqanlıyam.