RAMİLƏ ATƏŞ : BAKIYA QAR YAĞMIR. ..

Bakıya qar yağmır

Bakıya qar yağmır görəsən niyə?
Bəlkə qara günlər başlayır deyə?
Allahın işinə əl qoyanlar var?!
Tanrı qəzəbinə gəlsinlər onlar!

Bakıya qar yağmır bax ötən ildən.
Tanrı üz döndərib bəlkə bu eldən?!
Oğul anasına sataşır, çaşır
Nəvə nənəsinə pul atır, qaçır.
Övlad qatilinə çeveriler ata
Bu millət ad alıb pul ata-ata.

Bakıya qar yağmır bax, ötən ildən.
İt ili gələndən köpəklər artıb.
Köpək sürüləri hücuma keçir
Düz söz söyləyənin dilin qoparır…
Ulayıb-ulayıb baş aparırlar.
Allahın lənəti tutubdur bəlkə?
Aman məhv olmasın bu azad ölkə

Bakıya qar yağmır düşünən varmı?
Bu xalqın ağ günü bəs harda qaldı?
Düşünün, bir az da siz də düşünün…

Bu qədər cinayət, rəzalət harda?
Ana – bacısını qorumur qardaş
Dara düşən zaman tez qaçır yoldaş.
Sən tək qalırsan, təkcə kimsəsiz….

Bakıya qar yağmır bax ötən ildən.
Qara ləkələrə qonmaq istəmir.
O zərif naxışlı qar dənəciyi. ..
İnsan azğınlaşır, “Hell” canlar alır.
“Cəhənnəm “odu ilə evlər yıxılır.
Vəhşi canavarlar yırtır, dağıdır.
Qanun yol verməyir  qurdu qoruyur.

Bakıya qar yağmır, niyə yağsın ki?
Yağıb bu çirkabı necə gizlətsin?
Gizlədə bilməzdə, günahkar çoxdur.
Günahı yumağın bir yolu yoxmu?
Allaha ibadət, mərhəmət, rəhmət
Bəlkə bu millətə verə bir möhlət.
Bakıya qar yağa pisliklər itə
Ətrafda qar altda bənövşə bitə…..