RAMİLƏ ATƏŞ: ZƏMANƏYƏ GÖSTƏR KASIB DEYİLSƏN

ZƏMANƏYƏ GÖSTƏR KASIB DEYİLSƏN

Taleyindən gileylənmə, ay kasıb,
Giley səni qocaldacaq, yaxacaq.
Tək maaşa göz dikmisən, yatırsan,
Yatırsansa, sən batırsan, ay kasıb.

Aza qane olmaq, olub adətin,
Sən kasıbsan, nə günahı millətin?
Öz-özünə yazıq deyib, durursan,
Yazıq olub yanma belə, ay kasıb.

Zəmanəni gəl, qarğama sən belə,
Xəyal qurma, gəl bir iş qur, ay kasıb,
Evdə yatıb seriala baxırsan,
Onun bunun pullarını sayırsan,
Ömrün gedir boş-boşuna, ay kasıb.

Yazıq deyib, gəl özünü əymə sən,
Məzlum-məzlum gözlərini döymə sən,
Cəsarət tap öz-özündə çalış, qalx,
Zəmanəyə göstər, kasıb deyilsən,
Deməsinlər sənə bir də, ay kasıb.

 

 

Pressaz.az