RAMİLƏ ATƏŞ: AY KASIB

Ay kasıb

 

Borc yığılıb xirtdəyəcən, ay kasıb,

Heç hörmətin yoxmuş sənin,ay kasıb.

Gecə-gündüz düşünməkdən bezmisən,

Günün sənin lap qaradır, ay kasıb.

 

Bütün günü iş axtarıb gəzirsən,

İş xətrinə nə desələr dözürsən.

Borc zamanı döyüləndə qapılar,

Dil-dodağın əsir sənin, ay kasıb.

 

Gözündə yaş, əlin qalıb qoynunda,

Ah çəkmə sən, bir ömrünü varaqla

Dərman adı bir səhifə varaqda,

Dərmana da həsrət qaldın, ay kasıb.

 

Nə olacaq bunun sonu,bilmirsən,

Pulsuzluqdan solub üzün, gülmürsən.

Nə desələr ağ ya qara,dinmirsən,

Dilin olub lal deyəsən, ay kasıb.

 

pressaz.az