RAMİLƏ ATƏŞ: 2019 TARİXDƏ QALSIN

     

2019 tarixdə qalsın

Yeni il yenilə bu ömrümüzü
Ağ günlər bəzəsin hər günümüzü.
Ağrımız, acımız geridə qalsın
Yeni il arzumuz çiçəklər açsın.

İki min on doqquz tarixdə qalsın
Ordumuz qələbə marşını çalsın.
Qarabağ Şikəstəsi göyə ucalsın
Yeni il arzumuz bu il çin olsun.

Yeni il yenilə Azərbaycanı
Yaşayaq qələbə həyəcanını.
Ümid ver, ümidsiz qəlblər oyansın
Dünyada sülh olsun, atəş dayansın.

 

                 Həmrəy olaq

Dünyada məşhur olan azəri övladları
Həmrəylik günü gəlir, bayramınız mübarək!
Birləşək bir yumruqtək, düşmənin gözün oyaq
Verək əl-ələ yenə, bu vətəni qoruyaq!

Küskünlüyü ayırıb köhnə ildə saxlayaq
Bu vətən biİmkidir, onu birgə qoruyaq.
Həmrəy olaq dostlarım, çiçəklənsin bu vətən
Günü-gündən parlasın, yüksəlsin Azərbaycan.
Həmrəy olaq hər zaman söyləyək Azərbaycan!

Millətimiz yaşasın, dünya bizimlə gülsün
Qarabağ bülbülləri qoy Şuşadan səslənsin.
Dünya bizləri duysun, körpələr də uyusun
Həmrəy olaq dostlarım, qələbə bizim olsun!

Ramilə Atəş