Rəvan Məmmədov: “Uzaqlaşardım”… FOTO – VİDEO
UZAQLAŞARDIM
Bir ömür nəyi var çəkmişəm əzab,
Ölümüm çatsaydı rahatlaşardım,
Cənnətin içindən axdarıb tapıb ,
Anamla doyunca qucaqlaşardım.
Çəkərdim içimə o gül qoxusun,
Yatardım anam da lay-lay oxusun.
Ruhumu oxşayıb rəhmət toxusun,
Ağrıdan, acıdan uzaqlaşardım.
Sığallar çəkərdim ağarmış telə,
Üzümü qoyardım zəhmətkeş ələ.
Qalaraq yanında hər zaman belə.
Ərköyünləşərdim, uşaqlaşardım.
SEVGİDƏN NİFRƏTƏ
Heyvanlar insanı düşürlər başa.
Otur bilir, dayan bilir, keç bilir.
Adam var ki, can verirsən yolunda,
Sadə bilir, hədər bilir, heç bilir.
Adam var ki, həsrət qalıb diqqətə,
Dəyər nədi, qayğı nədi, görməyir.
Adam var ki, çoxlu görüb nəvaziş,
Adi sayır qədir, qiymət bilməyir.
Yaxşı şeydi ola hər bir adamda,
İnsanlığa layiq olan dəyanət.
Kim olursa olsun sevdiyin adam,
Düşür gözdən olduqda bir xəyanət.
Kim olursa qoy olsun o sevdiyin,
Bir, it qədər onda yoxsa sədaqət.
Burax başın, at kənara, get yaşa,
Həmən anda eylə bu cür cəsarət.
GÖRÜŞƏK
Əzizim, edirəm bu cür dualar,
Sənlə səcdəyə duranda görüşək,
Üzümüz qibləyə duraq yan-yana,
Surədə, ayədə, quranda görüşək.
Bilirsən, deyiləm səndən narazı,
İllərdir vaxtında qıldıq namazı.
Oxuyum QURANI dinlə avazı,
İblisin belini qıranda görüşək.
Ömrümə vermisən böyük təkanda,
Çay verdin hər zaman sən stəkanda,
İslam peyğəmbəri cənnət məkanda,
Necəsiz sualın soranda görüşək.
Pressaz.az