Rəvan Göyçaylı: “Bayrağım kimi”…
BAYRAĞIM KİMİ
Qurban olum gəl ağlama,
Məni məndən alan yarım.
Badamı gözlərlə baxıb,
Kəməndinə salan yarım.
Bitən bitib bitən üçün,
Gəl üzülmə ötən üçün,
Mən gedirəm vətən üçün,
Bu, könlümdə qalan yarım.
Mən, gedirəm gələrəmsə,
Bir, olarıq dönərəmsə,
Birdən oldu, ölərəmsə,
Qəlbi etmə talan yarım.
Qarabağ, oylağım kimi,
Zəngilan, yaylağım kimi,
O, şanlı bayrağım kimi,
Qürurla dalğalan yarım.
QARABAĞI
Zəngilanın murov dağın,
Batıb qana daşı, dağı.
O, qanlarla qidalanıb,
Qüvvət tapıb solu, sağı.
İgid əsgər gedir öndə,
Qalib gəlir günbəgündə,
Düşmən qalıb zəlil gündə,
Tərk eyləyir QARABAĞI.
Mən heyranam xalqımıza,
Qurban olum yurdumuza,
Güvənərək ordumuza,
Zəfər çalaq bu sübh çağı.
ŞƏHİD CANI
Bayrağın enməməyinə,
Səbəb olub Şəhid canı.
Hədər yerə axıtmayıb,
Vicudundan axan qanı.
Qurban olum biləyinə,
Qeyrət yüklü kürəyinə,
Salıb düşmən ürəyinə,
O, qorxunu həyəcanı.
Rəqibini qovub yordu,
Alıb nişan dəqiq vurdu,
Mat, edibdir bizim ordu,
Bədbəxt olan yerəvanı.
Mübarizlə Fərid kimi,
Polad köçdü şəhid kimi,
Erməni də, bir it kimi,
Nə şöhrət var, nə də şanı.
Rəvan Göyçaylı – Pressaz.az