Rəşidə Allahverdiyeva:”Şuşa ilə xəyali söhbət”… FOTO

Allahverdiyeva
24 маy 1974-cü ildə dünyaya göz açıb.
1990-1995-ci illərdə
Azərbaycan Dövlət
Pedaqoji Üniversitetinin
filologiya fakültəsində
ali təhsil alıb.
Hazırda Beyləqanda müəllimə işləyir.

Uzun sürən fasilədən sonra……
Şuşa ilə xəyali söhbət…
Ey qibləgahım, salam,
İlk və son eşqim Vətən !
Nə qədər duysam belə əhvalını,yenə də,
qoy soruşum: Necəsən?
Əllərində qalıbmı sol əlimin soyuğu?
Üzünü görən gündən od tutub sağ yanağım.
Bağışla, gözlərinə doyunca baxammadım,
qorxdum ki, sözlərimi dinləməz ayaqlarım.
Otuz illik həsrəti sıxıb yara bağrıma,
Mən sənin görüşünə tamarzın kimi gəldim.
Qalan ömrüm sadağan, götür, hərlə başına.
Ən sonuncu nəzirin, niyazın kimi gəldim.
Sənsizlik işgəncəsi bitdi bilib gəlmişəm…
Qəbrimi ayağının altda qazsan, ölmərəm.
O bulaq gözlərində bir kirpiklik yer ayır,
Ruhumu əbədilik ordan assan, ölmərəm.
Nə qalacaq yerim ol, nə də özgəyə məskən.
Əllərim çatmasa da, gözlərim görsün səni.
Sən zirvə ol,mən ətək..Min il də həsrət çəkək..
Azadlığın mübarək, ay RUHUMUN VƏTƏNİ..!!!
AZADLIĞIN MÜBARƏK..!!!

Həsrəti gözümdən silim biryolluq.
Səndə ürəyimi qoyub gəlmişdim,
Özümə qayıdım, gəlim biryolluq.
Yoruldum özümə “səbr et”, – demekden,
Ağlaya-ağlaya şən görünmekden.
Var olub ölmekden, yox dirilmekden.
Qoy gelim, gözünde ölüm biryollüq.
Sen Tanrı dergahı, men qerib adam,
Cadar torpağına teşne buludam.
Gelim,görüm sene doğmayam,yadam?..
Kiminem,kimsenem bilim biryolluq.
Gör neçe arzunu verdim güdaza,
Bir payız bu yükle çıxammaz yaza.
Ya sene yetişim,bitsin bu ceza,
Ya senden üzülsün elim biryollüq..
Bu qeder daşürek olma,izin ver,
Gelib üreyinde ölüm biryolluq…

