Rəna Qurbanlı Qılıcova: “Tovuz Şəhidləri” (Poema)

 

       TOVUZ ŞƏHİDLƏRİ

             (poema)
Nə qədər ağırdır həmin o gecə.
Tarixə adını yazdırdı necə?
On iki iyulda açılan səhər,
Hamının yeməyi oldu lap zəhər.
Erməni o gecə hücuma kecdi.
Bu dəfə hədəf də Tovuzu seçdi.
Hər yana yayıldı atışma səsi.
Lərzəyə gətirdi bu səs hər kəsi.
Təşvişə düşmüşdü rayonda hamı.
Vahimə basırdı bütün adamı.
Sərhəddən cürbəcür xəbər gəlirdi.
Xəbərlər ox olub ürək dəlirdi.
Ayağa qalxmışdı bütün insanlar.
Dəhşətdi həmin gün, həmin o anlar.
Getdikcə artırdı gurultu səsi.
Hamının döyüşdə vardı kimsəsi.
Körpələr, uşaqlar qorxurdu səsdən.
Yardım istəyirdi evdə hər kəsdən.
Şayələr baş alıb gedirdi yaman.
Bilmirdin düzdümü, yoxsa ki, yalan.
Dedilər erməni keçibdi gecə,
On nəfər əsgəri öldürüb necə?
Dağıdıb sərhədin torpaq, daşını.
Kəsiblər onların bir-bir başını.
Güllə tək dağıldı xəbər hər yana.
Bir anda yayıldı Azərbaycana.
Getdikcə artırdı atışma səsi.
Lərzəyə gətirdi bu səs hər kəsi.
Topun gurultusu qalxdı göylərə.
Mərmilər dağıldı bütün hər yerə.
Nə qədər yaralı, şəhid varıydı.
Hamının başına dünya darıydı.
Məmmədov Elşaddı şəhidin biri.
Bu xəbər bürüdü bütün hər yeri.
Onların evindən post görünürdü.
Gurultu səsinə ev bürünürdü.
Ata tez tövlənin üstünə qalxdı.
Ordan da Elşadın postuna baxdı.
Hər şeyi gözünnən görürdü Dönməz.
Deyirdi Elşadım heç zaman ölməz.
İki top bu posta düşdüyü zaman,
Dönməzi elə bil vurdu cərəyan.
Üçüncü top düşdü bir az kənara.
Az qaldı bu kişi dəysin divara.
Bunları gözünnən görürdü kişi.
Anladı başına gələcək işi.
Bir kəlmə söylədi kişi bu sözü.
Kaş elə kor olsun düşmənin gözü.
Deyəsən yıxıldı bax mənim evim.
Qurusun, lal olsun ay allah, dilim.
Bu dəmdə qışqırdı evdə qız,gəlin.
Elşadın postuna top düşdü bilin.
Səs-küyə boylandı Nuriyyə ana.
Qışqırıb ağladı o, yana-yana.
Üşütmə gəlmişdi onun canına.
Bu qorxu yayıldı tamam qanına.
Ağlaşma səsinə yığıldı hamı.
Yandırırdı bu səs bütün adamı.
Dedilər ölməyib o, yaralıdır.
Top düşən yer ordan lap aralıdır.
Bu sirri saxlamaq mümkün olmadı.
İstəklər yerinə gəlib dolmadı.
Gecənin yarısı bir xəbər gəldi.
Xəbər lap onların qəlbini dəldi.
Ölüm xəbərini artıq aldılar.
Hər yerə ağlaşma,şüvən saldılar.
Ananın ürəyi tir-tir əsirdi.
Bir ağrı qılınc tək onu kəsirdi.
Möhkəm ağlayırdı ana Elşadı.
Elşadın qalmışdı körpə övladı.
Məmmədin varıydı düz yarım yaşı.
Anlaya bilməzdi bu işi başı.
Gözünü zilləyib ancaq baxırdı.
Adamı yandırıb, yaman yaxırdı.
Hamının üzündə qalmışdı gözü.
Anlaya bilmirdi heç nəyi özü.
Bəzən də qorxaraq o, ağlayırdı.
Gözündən sel kimi yaş çağlayırdı
Elşad öz sevdiyi qızı almışdı.
Bu gün o,qızı da dərdə salmışdı.
Üç aylıq hamilə olmuşdu bu qız.
İndi də Elşadsız qalmışdı yalqız.
Gözündən od kimi yaş ələyirdi.
Hər yeri bu yaşla o, bələyirdi.
Atanın böyükdü dərdi, kədəri.
Allahdan gəlmişdi belə qədəri.
Ağlayıb əlini vurub dizinə,
Deyirdi bu kişi özü-özünə.
Zülümlə böyütdüm mən bu uşağı.
Qanıyla suladı Elşad torpağı.
Nə günlə yığmışdım onun qanını.
Ovcumda qorudum hər an canını.
Odun doğramaqla saxladım onu.
Gör necə puç oldu Elşadın sonu.
Evimdə olmurdu çox zaman yemək.
Tapanda bir parça mən quru çörək,
Ovcumda Elşada yedizdirərdim.
Suyu da üstündən içizdirərdim.
Həmişə baxırdı uşaq üzümə.
Deyirdi çörəkdən saxla özünə.
Onda söyləyirdim ona da yalan.
Deyirdim bu saat yemişəm inan.
Halbu ki,acından ölürdüm özüm.
Yoxuydu deyəcək başqa bir sözüm.
Allahım Elşadı əlimdən aldı.
Evimin qapısı lap bağlı qaldı.
Olsa da bu xəbər acıdan acı.
Yoxuydu heç nəyin artıq əlacı.
Nəhayət yetişdi dəfn zamanı.
Tarixə yazıldı ömrün o anı…
*****
Şəhidin biri də çavuş Vüqardı.
Onun düz otuz üç yaşı olardı.
Ordu da illərdi xidmət edirdi.
Həmişə döyüşdə öndə gedirdi.
Varıydı Vüqarın üçcə övladı.
Sonadək dadmadı o, övlad dadı.
Bir övlad olmuşdu evdə yeganə.
Heç nəyə olmurdu heç vaxt biganə.
Anası gözləmiş on il yolunu.
Sanki bu itirdi iki qolunu.
Anası qıymırdı o, əsgər gedə.
Bilmirdi nə edə, bəs necə edə?
Vüqara verməyə belə bir imkan.
Çünki o, qorxurdu onunçün hər
an.
Vüqar anasına dedi sözünü.
Ay ana, narahat etmə özünü.
Səngərdə var bizim çox şəhidimiz.
Artıq deyilik ki,biz heç birimiz.
Bütün şəhidlərin öz anası var.
Bəs onlar neyləsin söylədi Vüqar?
Sən artıq deyilsən onlardan ana!
Ev-eşik bir yana, vətən bir yana.
Heç ona görə də bir söz demə sən.
Çünki bu yolumdan gönəmmə-
rəm mən.
Evin hər yukunu Vüqar çəkirdi.
Daş töküb o, yeni bir ev tikirdi.
Xəstə atasına baxan Vüqardı.
Onun dərmanını özü alardı.
Bütün arzuları yarımçıq qaldı.
Yaşlı anasını azara saldı.
Elə ki,eşitdi ana xəbəri,
Qaranlıq gördü o, bütün yerləri.
Çünki onun üçün günəş batmışdı.
Taleyi ananı zülmə atmışdı.
Qışqırıb ağladı, saçını yoldu.
Olanlar hamısı anaya oldu.
Vüqar söyləməkdən batmışdı
səsi.
Gəlmirdi az qala onun nəfəsi.
Vüqarın qapıya gələndə nəşi,
Onlara axışdı bütün hər kişi.
Bütün kənd gəlmişdi düz Vüqar-
gilə.
Onu ötürdülər bu son mənzilə.
*****
Xəyyam Dadaşovdu şəhidin biri.
Bu xəbər dolandı, gəzdi hər yeri.
Həmin gecə igid yaralanmışdı.
İşıqlı dünyadan aralanmışdı.
Öncədən anaya məktub yazmışdı.
Bu yağı düşmənlər yolu azmışdı.
Onlar düz Ağdama hücum etdilər.
Güllələr Xəyyamı dəlib getdilər.
Şəhid anasına yazmışdı, ana!
Əzimlə baxarsan sən bu cahana.
Ürəklə söykən gəl əvvəl divara.
Gözünü dikərsən ordan yollara.
Son dəfə gələcəm o yolla evə.
Məni bas bağrına sən sevə-sevə.
Son dəfə qucaqla,ay ana ,məni.
Şəhidəm, görmərəm bir daha səni.
Bu bizim sonuncu görüş olacaq.
Oğlun şəhid kimi yadda qalacaq.
Bu sözlər ananı yandırdı, yaxdı.
Gözünün yaşları sel kimi axdı.
Xəyyamın varıydı on səkkiz yaşı.
Bir də ki, özündən kiçik qardaşı.
On səkkiz baharı, qışı varıydı.
Ananın başına dünya darıydı.
Boyunu sevərək böyütdü onu.
Artıq bu oğlanın gəlmişdi sonu.
Ana əl qatmışdı öz üz-gözünə.
Ölüm diləyirdı indi özünə.
Əlinnən üzünə şıram cəkmişdi.
Elə bil üzündə şumlar əkmişdi.
Yanaqdan sızan qan üzdə iz saldı.
Anaya Xəyyamdan şəkillər qaldı.
Atanın gözündən yaşlar axırdı.
Əlacsız qalaraq yerə baxırdı.
Cəbhədə qalmışam deyirdi dörd il.
Şəhidlik nəsibim olmayıbdı bil.
Xəyyamım cəbhədə üçcə ay qaldı.
Üc aya şəhidlik zirvəsi aldı.
Neyləyək? fəxrimdi bu oğlum mənim.
Sağ olsun deyirəm yenə vətənim!
*****
Leytenant Rəşaddı şəhidin biri.
Bu xəbər dolandı artıq hər yeri.
İyulda gəlmişdi dünyaya Rəşad.
Gözündə qalmışdı arzu və murad.
Həmin ay köç etdi Rəşad dünyadan.
Şəhidlik taxtına qalxdı həmin an.
Üç aylıq olanda o, yetim qaldı.
Dayısı onları yanına aldı.
Oğlundan seçmədi Rəşadı dayı.
Dayının olmuşdu ən əziz payı.
Otuza yaxındı Rəşadın yaşı.
Rəhmətə getmişdi böyük qardaşı.
Ananı üzürdü beləcə kədər.
Allahdan gəlmişdi ona bu qədər.
Rəşadın üstündə tir-tir əsirdi.
Bu qorxu həmişə onu kəsirdi.
Rəşadın çoxuydu xoş arzuları.
Yarımçıq tərk etdi bütün onları.
Ayrı ev tikirdi Rəşad özünə.
Düz çıxa bilmədi ancaq sözünə.
Bu mənfur erməni vermədi imkan.
Gülləyə tuş gəldi orda həmən an.
Gözaltı etdiyi qızı da vardı.
Yaşasa onunla evli olardı.
Yandırdı bu ölüm dərdli ananı.
Həm ağlar qoymuşdu gözəl cananı.
Ananın yoxuydu başqa əlacı.
Ancaq ağlayırdı o, acı-acı.
Deyirdi aparın cəbhəyə məni.
Əlimnən boğacam özüm düşməni.
Rəşadla görüşə gəlmişdi hamı.
Yığılmışdı ora kəndin adamı.
Elliklə Rəşadı yola saldılar.
Ömürlük Rəşadsız hamsı qaldılar.
*****
Atışma gecədən davam edirdi.
Bu səs -küy aləmi aşıb gedirdi.
Səhər tezdən yenə qızışdı dava.
İyulun on dördü açıldı hava.
Uşaqdan qocaya ayağa qalxdı.
Dəstəynən adamlar sərhədə axdı.
Küçələr tutmurdu bu izdihamı.
“Qarabağ bizimdir” deyirdi hamı.
İş gəlib çatmışdı belə bir həddə.
Toplaşıb yığıldı hamı sərhəddə.
Dəqiq bir məlumat yoxuydu hələ.
Söz-söhbət gəzirdi hələ ki, belə.
Birdən bir general çıxdı qabağa.
Başını salmışdı tamam aşağa.
Çətinlik çəkirdi o, danışmağa.
Gözünü qaldırıb baxdı uzağa.
Səsində varıydı xırıltı , kədər.
Duruxdu,boylandı yenə bir qədər.
Nəhayət o, ələ aldı özünü.
Sonunda xalqına dedi sözünü.
Bilmirəm, mən necə söyləyim sizə?
Çox ağır bir itki üz verib bizə.
İtirdik nüfuzlu bir generalı.
Səngərdən olmadı bir an aralı.
Həşimov Poladdı həmin qəhrəman.
Əsgərin önündə olub həmən an.
Poladla olubdu palkovnik İlqar.
Səngərdə birlikdə durublar onlar.
Bax bu da göstərdi bütün cahana,
Nə qədər mərd oğul doğubdu ana.
Adı tək Poladdır, əyilməz dəmir.
Əsgərə arxadan verməyib əmir.
Əsgərin önündə gedibdir hər an.
Arxamca, söyləyib igid, qəhrə-
man.
Artıq bu millətin səbri dolubdu.
Bir neçə əsgər də şəhid olubdu.
İndi açıqlanar onların adı.
Acıdır hamıya xəbərin dadı.
Batmışdı adamlar qəmə,kədərə.
Xəbərlər yayıldı bütün hər yerə.
Böyükdən kiçiyə qan ağlayırdı.
Bulaq tək gözlərdən yaş çağlayırdı.
Artıq axşam düşüb hava qaraldı.
Getdikcə səbirlər tamam daraldı.
Cənazə karvanı çıxmışdı yola.
Millət toplanmışdı sağa, həm sola.
Elə ki, tamamən qaranlıq oldu,
Yolun kənarları adamla doldu.
Uzaqdan göründü maşın karvanı.
Həyəcan bürüdü bütün hər yanı.
Göylərə yüksəldi alqış səsləri.
Ağlatdı ordakı bütün kəsləri.
Tovuzdan şəhərə yollandı karvan.
Sərhəddə döyüşlər gedirdi o an.
Ayağa qalxmışdı hər yerdə millət.
Qaranlıq duşmüşdü , olmuşdu
zülmət.
Sumqayıt o gecə qan ağlayırdı.
Leysan tək gözlərdən yaş çağlayırdı.
Poladın evinə axdı adamlar.
Həyətdə çox böyük bir izdiham var.
İynəni atsaydın düşməzdi yerə.
Şüarlar səsləndi bəlkə min kərə.
Əllərdə bayraqlar dalğalanırdı.
İnsanlar qəhərdən lap odlanırdı.
Binada varıydı açıq pəncərə.
Bayraq dalğalandı ordan hər yerə.
Gecədən keçmişdi nə qədər zaman.
Yerindən getmədi bir dənə insan.
General-mayoru gözləyirdilər.
Açıq pəncərəni izləyirdilər.
Birdən pəncərədə göründü adam.
Sanki dalğalandı orda izdiham.
Ordan əl salladı hamıya ana.
Oğul gözləyirdi o, yana-yana.
Ananın yanmışdı, köz oldu bağrı.
Onu öldürürdü içində ağrı.
Dünya bir yanaydı, Polad bir yana.
Belə gözləmirdi oğlunu ana.
Xalqın generalı gəlirdi indi.
Ana nə dayandı,nə də ki, dindi.
Beş aydır görmürdü anası onu.
Üstəlik susmuşdu həm telefonu.
Xalqın qarşısına çıxdı bacısı.
Olduqca böyükdür onun acısı.
Hamıya üz tutdu , söylədi bacı.
Dəhşətdir, ağırdır dedi bu acı.
Təmkinli olmağa çağırıram mən.
Qapının önündə durubdu düşmən.
Artıq heç bir şeyə yol verməyək biz.
Poladın xətrinə dözməlisiz siz.
Mənə yox hamıya olubdu qardaş.
Riayət eyləyək hər şeyə bir baş.
Bu gecə Vəndamda qonaqdı Polad.
Görüşə gəlibdi dostlar , həm də yad.
Hamının kədəri başından aşır.
Bu ata yurduyla o, vidalaşır.
Lap səhər tezdəndən gün ki, doğacaq,
O maşın karvanı burda olacaq.
Sumqayıt dönmüşdü qaynar qazana.
Bir qram yatmadı o gecə ana.
Deyə bilmirdilər ona xəbəri.
Bu xəbər dolandı bütün yerləri.
Nəhayət dil açdı baldızı özü.
Bu oldu anaya dediyi sözü.
Hazırlaş gəl gedək birlikdə kəndə.
Yaralı Polada dəyərsən sən də.
Hərbi qospitala gəlibdi balan.
Gəl yola düzələk indi biz bu an.
Mat qaldı baldızın ana sözünə.
Diqqətlə sən bir bax indi özünə.
Heç gör bax ,dəliyə oxşayıram mən?
Ağzına gələni söyləyirsən sən.
Nə vaxtdan Vəndamda qospital
olub?
Bu fikir başına bəs niyə dolub?
Baldızın kəsilib sonda əlacı.
Deyibdi bu xəbər olduqca acı.
Polad yaralanıb, şəhid olubdu.
Ömür çiçəkləri tamam solubdu.
Heç tutar qoymadı ana özündə.
İtdi ifadəsi onun üzündə.
Dünyanı görmürdü ananın gözü.
Dilində bitmişdi bir Polad sözü.
Səmayə xalaya olan olmuşdu .
Hər tərəf adamla gəlib dolmuşdu.
******
Elə ki, çəkildi qatı qaranlıq.
Gecə yırğalandı sanki bir anlıq.
Yavaş-yavaş artıq açıldı səhər.
Göz-gözü görürdü indi bir təhər.
Maşınlar şəhərə daxil oldular.
Sırayla həyətə gəlib doldular.
Son dəfə evinə gəldi general.
Hamı pillələri çıxdı dalbadal.
Qonaqla gəlmişdi indi Poladım.
Adamlar gedirdi lap addım-addım.
Həmişə ayaqla gələrdi özü.
İndi görünmürdü heç yerdən üzü.
Çünki o, bu dəfə tabutda gəldi.
Bu gəliş hamının bağrını dəldi.
Evdə gözləyirdi arvad -uşağı.
Tabutu endirdi onlar aşağı.
Elə bil bu evdə qopmuşdu tufan.
Yer,göy ağlayırdı sanki həmin an.
Üzünü tabuta söykədi ana.
Naləsi yayıldı bütün cahana.
Yoldaşı, uşaqlar ağlayırdılar.
Sözlərlə ürəklər dağlayırdılar.
Göylərə qalxmışdı ağlamaq səsi.
Az qaldı ananın kəssin nəfəsi.
Heç kimə demədi bir kəlmə Polad.
Elə bil yoxuydu Polad adda ad.
Adamlar ağlayıb vay-şivən saldı
Suallar hamısı cavabsız qaldı.
Polad dillənmirdi, deməyirdi söz.
Ananın sifəti sanki oldu köz.
Yanıb, odlanırdı , ana ürəyi.
Sanki dağılmışdı evin dirəyi.
Dünya dar olmuşdu onun başına.
Hər yer bələnmişdi gözün yaşına.
Nəhayət yetişdi getmək zamanı.
Saxlamaq olmurdu heç cür ananı.
Fəxri xiyabana yollandı hamı.
Yol, iz tutmayırdı bu izdihamı.
Dövlət adamları dəfnə getdilər.
Nöbəynən hamısı çıxış etdilər.
Adamla dolmuşdu fəxri xiyaban.
Orda dəfn olundu gözəl bir insan.
Əklillər qoydular həmin məzara.
Xalqımız düşübdü dərdə, azara.
Tarixə yazdırdı Polad adını.
General dadmışdı şəhid dadını.
Poladla birlikdə eyni zamanda.
İlqar dəfn olundu həmin məkanda.
Dəfn mərasimi çatmışdı başa.
Nə qədər əklillər düzdülər daşa.
Saymaq olmayırdı burda adamı.
Artıq evlərinə dönürdü hamı.
******
Ananın çoxuydu dərdi, kədəri.
Hər yerdə Poladı gəzdi gözləri.
Gecələr gözünə getmirdi yuxu.
Şəkilə baxırdı gününün çoxu.
Gecələr rəsminnən söhbət edirdi.
Yorulub qapıya tərəf gedirdi.
Dözmürdü yenidən ana ürəyi.
Hədsiz istəyirdi onu görməyi.
Təlatüm düşürdü onun canına.
Yenidən dönürdü rəsmin yanına.
Suallar verirdi o, danışırdı.
Başı şəkillərə çox qarışırdı.
Sən niyə aldatdın , bala ananı?
Səndən ötrü qəlbi, canı yananı.
Kaş elə evinə dönəydin yenə,
Bir qolu kəsilmiş gələydın mənə.
Elə itirəydin bir ayağını.
Kəsəydim şəklin yox , öz qabağını.
Həmin bu halınla qəbuldun mənə.
Mən nə eyləyim ki, dönəsən yenə?
Şəkli qucaqlayıb o, ağlayırdı.
Albomu açırdı, gah bağlayırdı.
Şəkil qucağında evdə gəzirdi.
Sıxmaqdan onları bəzən əzirdi.
Yas mərasimləri davam edirdi.
Nə qədər qonaqlar gəlib-gedirdi.
Ağlayıb hamıya deyirdi ana.
Salacam səs indi mən bu cahana.
Cəbhəyə aparın deyirdi məni.
Dişimlə didərəm orda düşməni.
Yemək bişirərəm , corab yuyaram.
Bütün əsgərlərə xörək qoyaram.
Yardım eyləyərəm əsgərə mən də.
Sursat daşıyaram yeri gələndə.
*****
Ana istəyirdi yumsun gözünü.
Bəlkə yuxusunda görə özünü.
Heç yuxu gəlmirdi onun gözünə.
Ölüm istəyirdi ana özünə.
Oturub kədərlə fikrə dalırdı.
Xəyallar içində itib qalırdı.
Heç bir şey gəlmirdi onun dadına.
Düşürdü uşaqlıq ili yadına.
Atası Polada bir tüfəng aldı.
Polad tez tüdəngi boynuna saldı.
İlk dəfə tüfənglə çəkdirdi şəkil.
Hərbiçi olmuşdu sanki elə bil.
Polad oynayardı tankla,tüfənglə.
Davam eyləyərdi eyni ahənglə.
Məktəbdə həmişə əla alardı.
Hamı bu şagirdə heyran qalardı.
Çox zaman gülmürdü ananın üzü.
Onu az görürdü uşaqlar düzü.
Almünum zavodda o,çalışmışdı.
Bütün çətinliyə həm alışmışdı.
Fəhlə işləyirdi bu gözəl ana.
Rahatlıq vermirdi heç zaman cana.
Həmişə olubdu halal çörəyi.
Ərindən görübdü hər an köməyi.
Çətiniydi onun zavodda işi.
Birgə çalışırdı özüylə kişi.
Ər-arvad verərdi onlar baş-başa.
İşə gedərdilər hər gün bir başa.
Ananın çətin də olsaydı işi,
İşləmək olmuşdu onun vərdişi.
Uşaqla o, özü məşğul olardı.
Onlara baxanda gözü dolardı.
Səbirlə Polada deyərdi ana,
Ağıllı övlad ol sən bu cahana.
İtirmə ananın zəhmətini sən.
Həmişə fəxr edim qoy səninlə mən.
Bir zaman olacaq dolarsan yaşa.
Sən onda hər şeyi düşərsən başa.
Böyüyüb olarsan böyük bir oğlan.
Mənim zəhmətimi xatırla o an.
Aralı olarsan pis vərdişlərdən.
Böyüyəndə yapış yaxşı işlərdən.
İllər bir-birini əvəz edirdi.
Polad böyümüşdü dərsə gedirdi.
Məktəbdə hamıdan o,seçilirdi.
Bütün dərslərini əla bilirdi.
Əlaçıydı orda Poladın özü.
Sinifdə olmuşdu şagirdin gözü.
Məktəbdə varıydı böyük hörməti.
Bir dəfə dərsindən qalmazdı qəti.
Xarici dillərə vardı həvəsi.
O, mat eyləyirdi bilən hər kəsi.
Ağlınnan hər yerə səs saldı Polad.
Paladda varıydı gözəl istedad.
*****
Ananın gecəsi gündüz olurdu.
Bulud tək boşalır,gah da dolurdu.
Varıydı ananın öz arzuları.
İstərdi oxusun bu oğulları.
Keçərdi Poladın böyür – başına.
Tumar da çəkərdi lap göz-qaşına.
Deyirdi var mənim arzu-muradım.
İstərəm prakror olsun Poladım.
Polad dinləyirdi ana sözünü.
Ona sevdirərdi möhkəm özünü.
Hüquqşünaslığa hazırlaşırdı.
Həvəsi getdikcə aşır-daşırdı.
Bir gün ana evdə olduğu zaman,
Dərsdən evə gəlir bu igid oğlan.
Çantanı tullayır o,bir kənara.
Kitablar tökülür , dəyir divara.
Polada mat qalır ananın özü.
Oğluna bu olur elə ilk sözü.
Bu nədir,ay Polad,bu nədir etdin?
Kitabı,dəftəri dağıdıb getdin.
Nə olub,ay bala, de görüm sənə?
İndi gəl düzünü söylə sən mənə.
Ay ana,bu gün mən verdim bir
qərar.
Deyirlər kişilər hərbiçi olar.
Tarix müəllimim danışdı bizə.
Dedi ki,uşaqlar söyləyim sizə.
Hər dövrün, zamanın öz tələbi var.
İndi əsil kişi hərbiçi olar.
Ana qucaqlayıb dedi Polada,
Qurbanam özünə qoyduğum
ada.
Şiddətli davalar gedir hər yanda.
Ürək də qalmayıb, vallah insanda.
Hər gündə nə qədər igidlər ölür.
Bax bu da insanın ömrünü bölür.
Ən böyük arzumdu yaşa dolasan.
Əlaçı oxuyub, prakror olasan.
Qoy olsun ,ay ana söylədi Polad.
Boş yerə verilmir mənə də bu ad.
Elə ki, məktəbi qurtarır oğlan,
Hərbiyə imtahan verir həmin an.
Verdiyi yerə də o qəbul olur.
Bütün arzuları yerinə dolur.
Aradan keçsə də nə qədər zaman,
Ananın gözündə canlanır o an.
Anaya qalan bu xatirələrdi.
Aradan yox olan ancaq illərdi.
Bir evdə doğulub, bu xalq igidi!
İndi hər bir evin olub şəhidi.
*****
Poladın anası tək deyil inan.
Poladı ağlayır bu Azərbaycan.
Hamıya tanışdı indi həmin ad.
İlk şəhid general olubdu Polad.
General verməyib əmri arxadan .
Səngərdə əsgərlə olub anbaan.
Onlarla birlikdə çörək yeyibdi.
Əsgərin hamsına balam deyibdi.
Həmişə evinə gəldiyi zaman,
Öz halal puluyla həmin bu oğlan,
Dükana, bazara çıxıb gedərdi.
Nə qədər bazarlıq,yardım edərdi.
Ana xatırlayır belə bir anı.
Deyir ki, əsgərə bağlıydı canı.
Boş olmur heç zaman onun əlləri.
Dolu bir çantaynan girir içəri.
Ana bu çantanı əlinə alır.
Boylanıb içinə bir nəzər salır.
Görür diş fırçası,diş məcunudur.
Təccübdən hər şeyi ana unudur.
Ay oğul, özünü işə salmısan.
Bu qədər bunları niyə almısan?
Söyləyir: ev üçün almadım ana.
Cavabdeh oluram mən hər insana.
Bilmirəm nə deyim,ay ana sənə?
Əmanət ediblər əsgəri mənə.
Onlara almışam, yusun dişini.
Bilməzsən heç zaman sən hərb işini.
Onların hamısı göz bəbəyimdir!
Sinəmdə döyünən bu ürəyimdir!
Deyirəm,ay ana mən dönə-dönə,
Onlar çox doğmadır, əzizdir mənə.
Günlərin birində bu Polad yenə,
Əlində bağlama gəlir evinə.
Ana bağlamanı alır əlinə.
Bu nədir kəlməsi gəlir dilinə.
Polad gülümsəyib deyir,ay ana,
Əsgərlər olduqca yaxındır cana.
Gələn tək dərziyə mən çıxıb getdim.
Onlara varadnik sifariş etdim.
İndi də almışam sifarişləri.
Dedim ki,qoy asan olsun işləri.
Çox zaman vaxtları olmur yumağa.
Ancaq ehtiyac var dümmağ ağlara.
Dərin fikirlərə dalmışdı ana.
Xəyalı gedirdi onun hər yana.
Gözünü zilləyib ana baxırdı.
Gözündən sel kimi yaşlar axırdı.
Oğluna varıydı çox ehtiyacı.
Bu xəbər zəhərdən olmuşdu acı.
Heyy bu şəkillərlə o, danışırdı.
Əzabdan yanırdı, lap alışırdı.
Heç yerdən gəlmirdi Poladın səsi.
Ananın batırdı sanki nəfəsi.
Bir yana çatmırdı ananın əli.
Az qala olurdu fikirdən dəli.
Zülümlə keçirdi gecə bir təhər.
Bir də görürdün ki, açılır səhər.
Heç yuxu gəlmirdi onun gözünə.
Xəyal tək gəlirdi bu iş özünə.
Deyirdi: kaş elə olaydı yalan.
Poladım gələydi yanıma bu an.
Beş aydır görmürdü ana üzünü.
Yollardan çəkmirdi heç vaxt gözünü.
Ağlına gəlməzdi Poladı ölər.
Bu xəbər ananın ömrünü bölər.
Ancaq heç gəlmirdi oğlu yanına .
Təlatüm düşürdü onun canına.
*****
Xəyallar uzağa apardı onu.
Qurtarmaq bilmirdi xəyalın sonu.
Canlandı gözündə həmin o gecə.
Polad sevindirdi ananı necə?
Gecənin birində ana yatmışdı.
Yuxunun içində tərə batmışdı.
Gördü ki, qapının zəngi çalındı.
Hər yerə tamamən səs-küy salındı.
Təlaşla yuxudan ana oyandı.
Saatın önündə gəlib dayandı.
Baxdı ki, üç artıq indi tamamdır.
Dedi ki, bu gələn yəqin balamdır.
Ananın üzündə sanki nur saçdı.
Tələsik yeriyib qapını açdı.
Açanda gördü ki, görünmür oğlan.
Qapının dalında kostium var o an.
Kostium asılıb bu asılqandan.
Arxada dayanıb bizim komutan.
Bu nədir,ay oğlum,almısan yenə?
Gətirib göstərdin bu gecə mənə.
Bilirsən, ay ana, sevirəm səni.
Bu dəfə almışam sən istiyəni.
Nədir ki, ay oğlum, bu mən istəyən?
Yadımdan çıxıbdır, qocaldım deyən.
General rütbəsi verilib mənə.
Onun formasını gətirdim sənə.
Poladın sevinci başdan aşırdı.
Onun üz-gözündən nurlar daşırdı.
Poladı bağrına basdı anası.
General olmuşdu çünki balası.
Yoxuydu sevincin həddi-hüdudu.
Zəhmətlə alınmış rütbə bax budu!
Ananın ən gözəl hədiyyəsiydi.
Polad anasının gül nəfəsiydi.
Ananın o anlar düşdü yadına.
Heç bir şey gəlmədi indi dadına.
Çünki yox olmuşdu onun Poladı.
Anaya qalmışdı şəkli və adı.
Şəklini basmışdı o,sinəsinə.
Polad səs vermirdi onun səsinə.
Yoxuydu Poladın bu anda özü.
Şəkildə qalmışdı ananın gözü.
Ananın gözündən süzülürdü yaş.
Tökülürdü şəklin üstünə bir baş.
Lal-dinməz şəkildən Polad baxırdı.
Ananı yandırıb, vallah yaxırdı.
Şəkili heç yerə qoymurdu ana.
Gəzirdi otaqda o yan, bu yana.
Ananı boğurdu eləcə qəhər.
Bir də görürdü ki, açılıb səhər.
Xəyallar yumaq tək çözələnirdi.
Ana öz-özünə özələnirdi…
*****
İlqar da Poladla şəhid olmuşdu.
Onların həyatı birgə solmuşdu.
Palkovnik rütbəsi almışdı İlqar.
Şəhidlər içində palkovnik də var.
Birlikdə vuruşmuş onlar sərhəddə.
Artıq gəlib çatmış işlər bu həddə.
Birlikdə uyuyur onlar bu anda.
Şəhərdə olan bir böyük məkanda.
Qoca bir qadındır onun anası.
Şəhid olub indi İlqar balası.
Sənsiz bəs neynərəm, ay oğul balam?
Mümkünmü sənsiz mən dünya-
da qalam?
Yenə də əsgərin önündə dayan.
Kamandir yatarmı,ay oğlum oyan?
Ananın naləsi göyə qalxırdı.
Gözündən sel kimi leysan axırdı.
İlqarın varıydı iki övladı.
Atanın başqaydı onlarcün dadı.
Bu dadı doyunca dadammadılar.
Ataynan birlikdə qalammadılar.
Onsuz da üzünü az görürdülər.
Hər dərdi anayla bir bölürdülər.
Səngərdə olurdu ata hər zaman.
Ölümü çox qəfil olmuşdu yaman.
Hər yanda bayraqlar dalğalanırdı.
Palkovnik İlqara hamı yanırdı.
Tərpənmək olmurdu adam əlindən.
Şüarlar düşmürdü insan dilindən.
Fəxri Xiyabana onlar getdilər.
Rütbəli adamlar çıxış etdilər.
Nə qədər xoş sözlər dedilər o an.
İndi dəfn olurdu gözəl bir insan.
İlqarın oğluna söz verən zaman,
Güc ilə sözünü deyirdi oğlan.
Çünki yaş boğurdu, əsirdi səsi.
Titrəyirdi onun zərif nəfəsi.
Deyirdi fəxrimdir, mənim bu atam.
Yolunnan gedəcəm, söz verirəm
tam.
Mən onun yolunu davam edəcəm.
Atamın yolunnan özüm gedəcəm.
*****
Tovuz rayonunun Ağdam bölgəsi
Aləmi bürüdü atışma səsi.
Varıydı nə qədər şəhidlərimiz.
Əzimlə döyüşdü əsgərlərimiz.
Olsaydı bizlərdə belə bir imkan,
Təqvimi silərdik elə həmin an.
Tarixdən siləydik həmin gecəni..
Yenidən yazardıq hər şeyi yəni.
Vətənin yolunda töküldü qanlar.
Alovda, atəşdə yandı cavanlar.
Kimisi evliydi, kimisi subay.
Onlar canlarını vermişdilər pay.
Elçinin toyuna lap az qalmışdı.
Kənddə bir gözələ meyil salmışdı.
Yığılıb qohumlar elci getdilər.
Elçinə gözəl bir nişan etdilər.
Aradan keçmişdi qısa bir zaman.
Təmir eyləyirdi evini oğlan.
Çünki az qalmışdı toyun vaxtına.
Elçin qalxacaqdı bəylik taxtına.
İndi otağına bəzək vururdu.
Gözləri önündə nələr dururdu.
O,hərbi hissəyə yola düşürdü.
Ürəyi əsirdi, sanki üşürdü.
Oğlan Məleykənin gəldi yanına.
Gizilti düşmüşdü sanki çanına.
Gördü ki,bu qızın qanı qaradır.
Bilmir ki, dünyada hara haradır.
Söruşdu: nə olub sənə Məleykə?
De görüm xətrinə dəyiblər bəlkə?
Bir kəlmə çıxmadı qızın özündən.
Yaşlar süzülürdü ancaq gözündən.
Elçin təlaşlandı, nə olub sənə?
Bu saat düzünü söylə sən mənə.
Məleykə quruyub yerində qaldı.
Güc ilə özünü o, ələ aldı.
Bu gecə yuxuma gəlib dolmusan.
Yuxumda görmüşəm şəhid ol-
musan.
Elçin söylədi ki,qorxma Məleykə.
Narahat yatıbsan deyirəm bəlkə.
Düzünü söyləyim onda mən sənə.
Doğurdan bax bir şey olarsa mənə,
Qulaq as indidən mənim sözümə.
Yeni bir həyat qur onda özünə.
İndi çın çıxmışdı qızın yuxusu.
Onunçün yanırdı,bu qız çoxusu.
Bütün kənd qalxmışdı bu gün
ayağa.
Elçini verirdi onlar torpağa.
Ananın naləsi göylərə qalxdı.
Adamlar tabutun dalınnan axdı.
Havada bayraqlar dalğalanırdı.
Bütün şəhidlərə hamı yanırdı…
******
Hərənin özünün var öz silahı.
Gör necə yaradıb gözəl Allahı?
Şairin qələmdir əldə silahı.
Qələmlə vuruşur axşam,sabahı.
Əsgərin topu var,həm tüfəngi var.
Dillənir cürbəcür bütün silahlar.
Müasir texnika baş alıb gedir.
Düşmənə hər cürə zərbələr edir.
Silahsız döyüşüb cəbhədə İlqar.
Döyüşdə zəhməti,çox əməyi var.
Yaralı düşsə də çox aralıya.
O,xidmət eyləyib hər yaralıya.
Həmişə güllənin altında gedib.
Hipokrat andına o, əməl edib.
Hamıya uzadıb yardım əlini.
Həkim tək qoruyub İlqar elını.
İlqarın varıydı iyirmi beş yaşı.
Gör nələr çəkmişdi igidin başı.
Şikayət etmədi heç vaxt cəbhədən.
Evə zəng eyləyib danışdı hərdən.
Həmişə hər şeydən razılıq etdi.
Namərd gülləsinə güdaza getdi.
İlqarın üzündən nurlar yağırdı.
Şəhidin yoxluğu bizə ağırdı.
Tovuzu bürüdü döyüş səsləri.
Heç kimin yoxuydu ondan xəbəri.
Atası oğlundan qaldı nigaran.
Şiddətli döyüşlər gedirdi o an.
Axşamdan bazarlıq etmişdi kişi.
Maşını yükləmək oldu ilk işi.
Oğlunu çağırıb dedi bir başa,
Apar bazarlığı İlqar qardaşa.
Oğlan tez oturdu orda maşına.
Hər şeyi apardı öz qardaşına.
Aradan keçmişdi yəqin ki,bir az.
Telefon səsindən diksindi Ayaz.
Artıq yarım saat güclə olardı.
Baxdı ki, zəng edən ona İlqardı.
Təşəkkür eylədi Ayaza İlqar.
Dedi ki, payını artıq aldılar.
Çatdırdıq onları lazımı yerə.
Dağıtdıq hamsını biz əsgərlərə.
Atanın rahatlıq çökdü canına.
Yağ kimi yayıldı hamsı qanına.
Getdikcə artırdı atışma səsi.
Vahimə basırdı artıq hər kəsi.
Ayazın ürəyi üşürgələndi.
Üzündən hər yerə kədər ələndi.
Ağdamdan Tovuza yayılan bu səs,
Ayazı qorxutdu olduqca bu kəs.
Qardaşı zəng edib deyirdi,İqar,
Qorxuram bax sənə nə isə olar.
Öpürəm mən sənin o, üz- gözündən.
Müğayət olgunan indi özündən.
İlqar qardaşını salırdı rahat.
Deyirdi get evdə sən arxayın yat.
Heç yerdə görəmməz bu düşmən məni.
Nə gəzir mən olan yerdə erməni?
Ana sığmayırdı evə-eşiyə.
Həmişə deyirdi, evdə kişiyə.
Qəhrəman oğuldu bu İlqarımız.
Gözdəyirik onu evdə hamımız.
Mənim bu davadan su içmir gözüm.
Onların yanına gedəydim özüm.
Narahat olmuşdu hamı bu gecə.
Dayanmaq bilmirdi atışma necə?
Ata aldadırdı özü-özünü.
Bir damcı yummadı gecə gözünü.
Artıq gecə saat dördü vururdu.
Gördü ki,həyətdə kimsə dururdu.
Elə bil vahimə gəldi kişiyə.
Tələsik özünü atdı eşiyə.
Oğlu bu maşını işə salmışdı.
Elə bil nədənsə dərdə qalmışdı.
Atanı görəndə duruxdu bir az.
Təccüblə baxırdı oğluna Ayaz.
Ay bala,bu vədə hara gedirsən?
Gecənin bu vaxtı sən nə edirsən?
Ay ata, bilmirəm nə deyim sənə?
İlqarın dostları zəng vurdu mənə.
Dedilər qardaşın yaralanıbdı.
Bir necə yerindən yara alıbdı.
Ayaz tez sıçrayıb mindi maşına.
Mən özüm qoy dəyim bir qardaşına.
Ay ata,kaş İlqar bircə sağ olsun.
Mənim arzularım yerinə dolsun.
İlqar qoruyurdu bizim torpağı.
Razıyam olmasın iki ayağı.
Boynuma mindirib saxlaram onu.
Təki sağlıq olsun bu işin sonu.
Onun arzuları heç çin olmadı.
Artıq bu həyatda İlqar qalmadı.
Təcili yardımla gəlmişdi nəşi.
Onu yola saldı minlərlə kişi.
Buna tab gələrmi ana ürəyi?
Odlanıb yanırdı onun kürəyi.
Qalxmışdı göylərə ana naləsi.
Kədərə bürüdü orda hər kəsi…
******
Şəhidlər ölməyir, onlar yaşıyır.
Şəhidlik adını şəhid daşıyır.
Vətəni yolunda veribdilər can.
Onlarla fəxr edir bu Azərbaycan!
Şəhidlər dadırlar şəhid dadını.
Qanıyla tarixə yazır adını.
On dördü iyulda şəhidimiz var.
Onlardan biridir Babayev Yaşar.
Yaşarın varıydı otuz üç yaşı.
Hərbidə çox şeylər çəkmişdi başı.
İcazə almışdı, evdəydi Yaşar.
Hərbiyə dönməyə vaxta hələ var.
Ananın bir axşam gəldi yanına.
Bir həvəs gəlmişdi sanki canına.
Söylədi: ay ana, heç nə demə sən.
Qərarı vermişəm, yol üstəyəm mən.
Həmişə qoy qüvvət gəlsin qoluna.
Bir şeylər hazırla , ana yoluma.
Ananın titrədi incə ürəyi.
Alovlandı onun yenə kürəyi.
Sən nə tez dönürsən, ay oğlum,
Yaşar?
Sənin ki,vaxtına bir neçə gün var.
Bilirsən yatacaq indi yoldaşın.
Uşaqsız gör nələr çəkibdi başın.
Səkkiz il gözlədin uşaq yolunu.
Bu işdən cəkmə gəl indi qolunu.
Tək qoyma bu zaman burda Nərgizi.
Tez dönüb gəl məyus eyləmə bizi.
Ay ana, dayanıb, gözləyir maşın.
Sən allah, dalımca tökmə göz yaşın.
Ananın üzünə boylandı Yaşar.
Söylədi : Nərgizin bir qurbanı var.
İndidən deyirəm həmin o zaman,
Kəsərsən ay ana,Nərgizə qurban.
Ananın sevincdən yaşardı gözü.
Kəsərəm, qurbanı söylədi özü.
Yaşar tez hoppanıb maşına mindi.
Sonra da maşından o, yerə endi.
Yadımdan çıxmışdı, söyləyəm sənə.
Bir yardım əlini uzat sən mənə.
Çoxlu şar alarsan, tök otağına.
Bəzək vur Nərgizin sən yatağına.
Uşağın adını Narin qoyarsan!
Hər şeyin gözünü ona alarsan.
Aradan keçmişdi bir xeyli zaman.
Anaya zəng etdi yenidən oğlan.
Bir neçə beçəni qızardarsan sən.
Axşama dönəndə apararam mən.
Sən elə bişir ki,hamıya çatsın.
Əsgərlər ağzına bir tikə atsın.
Ana tez-tələsik beçələr yoldu.
Yaşarın dediyi o vədə doldu.
Yollarda qalmışdı ananın gözü.
Heç gəlib çlxmadı Yaşarın özü.
Oğlunun yanında qalmışdı canı.
Qazana baxdıqca qaraldı qanı.
O gecə Yaşardan heç çıxmadı səs.
Nə xəbər vermədi oğlundan heç
kəs.
Narahat olurdu ana ürəyi.
Alışıb, yanırdı sanki kürəyi.
Gecəni keçirdi ana bir təhər.
Artıq gecə keçib açıldı səhər.
Vahimə içində ana gəzirdi.
Bu işə güc ilə, zorla dözürdü.
Gözləri yoldaydı, özü nigaran.
Qışqırtı səsləri eşitdi bu an.
O,zaman o,durub qapını açdı.
Ana ayaqyalın küçəyə qaçdı.
Maşınnan, adamnan küçə daşırdı.
Bu səslər aləmi sankı aşırdı.
Bayraqlar yellənir, şüar səslənir.
Qorxudan ananın başı hərlənir.
Qonşusu söyləyir qorxma ,
Firəngiz.
Bayaqdan hər şeyi izyirik biz.
Qonşumuz düşübdü indi qəzaya.
Çığırtı qalxıbdı vallah, səmaya.
Ananın əsirdi ana ürəyi.
Daha da yanırdı onun kürəyi.
Bilirdi yüz faiz burda nəsə var.
Qışqırıb deyirdi : Yaşar,ay Yaşar!
Əmoğlu dillənib dedi:ay bacı,
Oğlun yaralanıb, bax odu acı.
Ananı elə bil ildırım vurdu.
Saçını yolaraq yerində durdu.
Heç zaman Yaşarım yaralanmaz.
O, uşaq gözləyir, belə də olmaz.
Səkkiz il gözləyib onun yolunu.
İtirsin razıyam o, bir qolunu.
Bircə sağ -salamat dönsün evinə.
Nə deyim, söyləyim indi gəlinə?
Sən demə anaya olan olubmuş.
Evində zəlzələ, tufan qopubmuş.
Xəbəri eşitdi ata da daha.
Yalvarıb deyirdi o, da allaha,
Razıyam kəsilsin qoy bir ağağı.
Yaşar gözləyirdi axı uşağı.
Gözündən sel kimi yaş ələnirdi.
Hər tərəf bu yaşa tez bələnirdi.
Allahım,yalvarıb deyirəm sənə.
Oğul yox, o, qardaş olmuşdu mənə.
Qıyma sən balamın cavan canına.
Qoy gəlsin yenə də ata yanına.
Papiros çəkməzdi heç vaxt yanımda.
Təlatüm var mənim indi canımda.
Anası Yaşarsız heç yaşayam-
maz.
Bu yükü heç zaman o, daşıyam-
maz.
Küçədə izdiham, adam çoxuydu.
Əfsuslar olsun ki,Yaşar yoxuydu..
*****
Namiq Əhmədovdu şəhidin biri.
Cənnətdir mayorun o andan yeri.
Gözünü Salahlı kəndində açıb.
Həmişə oxumaq dalınca qaçıb.
Hərbiçi olmağı seçibdi özü.
Həmişə düzüydü söhbəti- sözü.
Vətəni tuturdu canından əziz.
Hər işi olurdu dəqiq və təmiz!
Komandir doğuldum dedi anadan.
Komandir kimi də ölərəm inan.
Həmişə o, kəndə gəldiyi zaman.
Şəhid anasına dəyirdi hər an.
Deyirdi hazır ol, ay ana sən də.
Bir gün gördün elə şəhidəm mən
də.
Qorudu vətəni Namiq canıyla.
Suladı torpağı qızıl qanıyla.
O,şəhid olmuşdu vətən yolunda.
Adını tarixə yazdı sonunda.
Acıdan acıdır ,vallah bu xəbər.
Xəbəri verdilər evə bir təhər.
Anaya söyləyə bilmirdi kimsə,
Nə olar bu sözü ana eşitsə?
Əmiyə dedilər öncə xəbəri.
Bu xəbər dolandı bütün yerləri.
Ananın qan oldu bağrının başı.
Qurumaq bilmədi gözünün yaşı.
Olduqca zərifdi ana ürəyi.
Artıq o,duyurdu itib əməyi.
Göylərə qalxmışdı onun naləsi.
Kirimək bilmirdi göynəyən səsi.
Ancaq hay vermirdi oğlu səsinə.
Sanki dağ basmışdı düz sinəsinə.
Namiqin varıydı iki övladı.
Yaxşı ki,dadmışdı o,övlad dadı.
Onlar soruşurlar atam hardadır?
Hamı söyləyir ki,uzaqlardadır.
Bir gün olacaqdır gələcək yenə.
Deyəcək,uşaqlar sarılın mənə.
Hər gündə gözləyir onlar yolunu.
Necə söyləsinlər işin sonunu?…
*****
Şəhidlər içində bir mayor da var.
Onlardan biridir Novruzov Anar.
Masallıdan olan həmin bu oğlan,
Vətənin yolunda olmuşdu qurban.
Anar uşaqların onuncusuydu.
O evin həm də ki,sonuncusuydu.
Özünün varıydı düz qırx beş yaşı.
Zülümlər çəkmişdi orduda başı.
Kəşfiyyat işiylə məşğul olurdu.
İllərdi orduda yaşa dolurdu.
Varıydı onun da iki övladı.
Nihat qoyulmuşdu onun da adı.
Şəhidlik xəbəri baş alıb getdi.
Bu xəbər hamını çox məyus etdi.
Nihatı bürüdü tamam qəm,
kədər.
Onlara yazıldı belə bir qədər.
Dəfində söz alıb, söylədi Nihat.
Söz verdim hamıya elə bu saat.
Oxuyub mən hərbi həkim ola-
cam.
Atam tək hərbidə yaşa dolacam.
Anardan razılıq edirdi hamı.
O,darda qoymurdu bircə adamı.
Döyüş bölgəsinə hər an gedirdi.
Yaralı əsgəri xilas edirdi.
Həmin gün döyüşə gedirdi Anar.
Söylədi:bu gecə şəhid olmaq var.
Yəqin ki,mən indi şəhid olacam.
Tarixdə şəhid tək yadda qalacam.
Sanki ürəyinə dammışdı onun.
Kimsə deyirdi ki, gəlibdi sonun.
Doğurdan dediyi kimi də oldu.
Bütün arzuları o gecə soldu…
*****
Unuda bilmirdi heç kim Poladı.
Yoxluğu yandırdı dostu,həm yadı.
Matəmə batmışdı bütün insanlar.
Xoşuydu hamıya Poladlı anlar.
İstəmirdi kimsə onu itirə.
Varıydı hərədə xoş bir xatirə.
Həyat yoldaşıydı Ofelya xanım.
Poladla fəxr edir, deyirdi canım.
Görmədim Polad tək adam həyatda.
Ömürlük qalacaq general yadda.
Belə adamları xəyal edirdim.
Çoxlu nağıllara sanki gedirdim.
İnana bilməzdim özüm heç zaman.
Dünyada yaşayar belə bir insan.
Onu tanıdıqca mat qaldım özüm.
Hər şeyin şahidi oldu bu gözüm.
Xalq üçün yaşadı Polad hər zaman.
Evdə olmayırdı istədiyin an.
Aylarla gəlmirdi general evə.
İşini görürdü o,sevə-sevə.
Hər şeyi işinə qurban edirdi.
İşinin dalınnan özü gedirdi.
O,zaman toyunu saxladı özü.
Sevdiyi qıza da bu oldu sözü.
İşdən göndərirlər xaricə məni.
Mən məyus edəsi olacam səni.
Elə ki,oxuyub gələrəm yenə.
O zaman şad xəbər verərəm
sənə.
*****
Cibinin puluyla nələr edirdi.
Əsgərə yardıma özü gedirdi.
Kazarma tikdirdi o, əsgərlərə.
Aldı televizor ucqar yerlərə.
Odun doğrayardı onlara özü.
Əsgərin üstündə olurdu gözü.
Bir gün yoxlamaya gəldiyi zaman.
Gözünə bir əsgər sataşır o an.
Görür ki, yırtılıb onun çəkməsi.
O, heyran eyləyir orda hər kəsi.
Soyunub çəkməni verir əsgərə.
Gözünü zilləyir əsgər tez yerə.
General çəkməsi geyəmmərəm
mən.
Axı ayağından çıxardıbsan sən.
Polad ayaqqabı geyindi özü.
Bu oldu əsgərə o anda sözü,
Sərhəddə dayanan bütün əsgərlər,
Tamam generala bərabərdilər.
Halal xoşun olsun, geyin onu sən.
Bunu əminliklə söyləyirəm mən.
*****
Bir gün Polad belə bir xəbər alır.
O, xeyli dayanıb fikirə dalır.
Deyirlər ki, bu gün, bu axşam
çağı,
Əsgərin olubdu bax ilk uşağı.
Evlərindən gəlib,bu gün də özü.
Sevincdən alışıb yanır lap gözü.
Əsgəri yanına çağırır Polad.
Deyir ki ,hazırlaş indi bu saat.
Yığışıb gedərsən evə-eşiyə.
Dəyərsən doğulan təzə kişiyə.
Düzən ver bu saat sən üst-başına.
Minərsən, həyətdə duran maşına.
Gedərsən maşınla sən düz evinə.
İstəyirəm evdə hamı sevinə.
Əsgərin qızardı ağ olan üzü.
Nəhayət dillənib danışdı özü.
Razıyam deyilən bu xoş niyyətdən.
Yenicə gəlmişəm məzuniyyətdən
Mən necə gedərəm, evə o zaman?
Qanunlar heç buna verəmməz
imkan.
Çox yaxşı əsgərsən, dedilər mənə.
Əlavə icazə verirəm sənə.
Əsgər hazırlanıb mindi maşına.
O,gəlib yetışdı mənzil başına.
Sürücü bir konvert verdi əsgərə.
Təccüblə boylandı əsgər hər yerə.
General göndərib bax bunu sənə.
Çatanda verərsən söylədi mənə.
Konverti o, acdı həmin o saat.
Hədiyyə qoymuşdu yüz yetmiş manat….
*****
Hec nədən qorxmazdı Polad heç zaman.
Düşmənin önünə gedərdi hər an.
Bir gün maşın ilə gəzir sərhəddə.
Sürücü saxlayır sonuncu həddə.
Söyləyir: biz gedə bilmərik daha.
Yaşama vaxtımız qalıb Allaha.
Gülləynən vurarlar düşmənlər bizi.
Vəzifəm budur ki,qoruyam sizi.
General boylandı o yan,bu yana.
Gülümsəyib baxdı həmin oğlana.
Tutdu pəncərəyə tez kürəyini.
Söylədi: eylədim mən gərəyini.
Dəyəmməz düşmənin gülləsi sənə.
Bu gələn güllələr qoy dəysin mənə.
*****
Əsgərlə birlikdə çörək kəsərdi.
Onların üstündə hər an əsərdi.
Günlərin birində yemək zamanı,
Diqqəti cəlb edir tez bir oğlanı.
Görür ki, içməyir kompotu oğlan.
Niyə içməyirsən ? Soruşur o an.
Bilmək istəsəniz düzünü əgər,
Xoşuma gəlməyir söyləyir əsgər.
Polad tərk eyləyir həmin məkanı.
Qayıdıb deyir ki, al istəkanı.
Gətirdim kompotu icəsən özün.
Hamıya olacaq deyəsi sözün.
Ürəklə deyərsən hər yerdə yenə,
Kompotu general süzübdü mənə.
******
Getdikcə artırdı şəhidin sayı.
Nazimin varıydı zirvədə payı.
Şəhidlik zirvəsi nəsibi oldu.
Ayın on altısı həyatı soldu.
Hücuma keçmişdi gecədən düşmən.
Hər yeri bürüdü yenə duman ,
çən.
Hünərlə döyüşdü Nazim bu zaman.
Düşmənə vermədi bir an da aman.
Sonunda bir topun qurbanı oldu.
Qəlpələr Nazimin canına doldu.
Həmin gecə ana yatdığı zaman,
Oğlunu yuxuda gördü həmən an.
Gördü ki, gəlibdi Nazim yanına.
Bir məlhəm yayıldı onun canına.
Oğlunu bağrına basmışdı ana.
Oğlu bir yanaydı, hamı bir yana.
Söylədi:meylimi saldım vətənə.
Ay ana, bir kəlmə söyləmə mənə.
Mənimçün birinci vətəndir,vətən!
İkinci yerdə də dayanırsan sən.
Mən təzə bir paltar aldım özümə.
Çox yaxşı göründü paltar gözümə.
O saat yuxudan ayıldı ana.
Bir qorxu gəlmişdi bu zaman cana.
Əsirdi ananın tir-tir ürəyi.
Çim suya batmışdı onun kürəyi.
Hönkürə-hönkürə ağladı ana.
Üzünü tutdu o, tezcə Əfqana.
Söylədi: evimiz yıxıldı bizim.
Şəhid olacaqdı bu gecə Nazim.
Kişi inanmadı onun sözünə.
Nəsə gələmmədi ancaq özünə.
Söylədi:bu nədir danışırsan sən?
Uşağın başında nə vardır görən?
Gecəni verdilər yola bir təhər.
Gördülər açılıb zülümlü səhər.
Aradan keçmişdi azca bir zaman,
Dedilər şəhiddir sizin bu oğlan.
Sevdanı elə bil ildırım vurdu.
Olduğu yerdəcə quruyub durdu.
Nazimin istəyi yerinə yetdı.
O,şəhid olaraq dünyadan getdi.
Həmişə deyərdi şəhid olacam.
Ömürlük tarixdə,yadda qalacam.
Ananın göylərə qalxdı naləsi.
Dəhşətə gətirdi bu da hər kəsi.
Bütün kənd oyandı,qalxdı ayağa.
Nazimi tapşırdı onlar torpağa…
*****
Vətən inildəyir, vətən dardadır!
Bizim nər igidlər indi hardadır?Şəhidlər köç edib, getdi dünyadan.
İgid doğuldular onlar anadan.
Vətəni qorudu onlar canıyla.
Torpağı suvardı qızıl qanıyla.
Kimisi evliydi, kimisi subay.
Onlar eylədilər canlarını pay.
Əl çəkmir erməni heç vətənimdən.
Səfərbərlik oldu dünən qəfildən.
Kiçikdən böyüyə ayağa qalxdı.
Millətim sel kimi sərhədə axdı.
Qalammaz Poladın heç qanı yerdə.
Erməni batammaz bizlərə bir də.
Hörmətlə yad edir Poladı hamı .
Ölümü yandırdı bütün adamı.
Az qalıb, az qalıb bu qələbəyə.
Təlimlər keçilir hər tələbəyə.
Səsimiz gələcək düz Qarabağ-
dan.
Heç zaman pay olmaz qara torpaqdan.
Ruhunuz önündə baş əyirik biz.
Qoy rahat uyusun şəhidlərimiz!
Tovuzda Can Polad deyirlər ona.
Əzablı bu günlər yetəcək sona.

 


Rəna Qurbanlı Qılıcova – Pressaz.az