Rəfiqə Abbasova: “. Hər gün qələbəyə bir addım yaxınlaşırıq”.
“İrəli, ancaq irəli!
Qanımız tökülən torpaqların çiçək açmasına az qaldı igidlər”.
Bu cümləni Vətən uğrunda gedən şərəfli döyüşdə yaralanaraq hospitalda müalicə alan,gənc yazar Sərxan Gəncəlinin(Yolçuyev) paylaşdığı statusda oxudum və çox qürurlandım.Düşmən mərmisinin partlaması nəticəsində yaralanan bu əsgər vətən torpağına qanının bir damlasının qarışmasından qürur duyur.İgidlərin qanı qarışan torpaq cənnət qoxuyur, çünki o vətən torpağıdır. Bu gün şəhidlərimizin və yaralı əsgərlərimizin qanı tökülən torpaq sabah gülzara çevriləcək.Çünki bu torpaqda gedən savaş haqq savaşıdır, torpaqlarımızın azad olması uğrunda gedən döyüşlər igid əsgərlərimizin kişilik məktəbidir. Əgər oğullar Vətən uğrunda sinəsini sipər etməkdən çəkinməyib mərdliklə odun, alovun içərisində ruh yüksəkliyi ilə İrəli, ancaq irəli deyib əsil kişi kimi ölümün gözünə dik baxırsa,bu vətən heç zaman basılmaz.
Dili Vətən kəlməli analar oğlunu döyüşə qürur və coşqu ilə uğurlayırsa bu vətən yenilməz.
İnşallah QARABAĞIMIZ düşmən pəncəsindən azad olan günü səbirsizliklə gözləyirik. Hər gün qələbəyə bir addım yaxınlaşırıq.
“Çox məyus olmuşam, çünki yoldaşlarımla axıra qədər gedə bilmədim”-deyən Azərbaycanımın igid əsgəri, əzizim Sərxan və döyüş bölgələrində yaralanan dostları tezliklə sağalmağınızı arzu edirəm. Gün o gün olsun ki, ordumuzun igid oğulları QARABAĞIMIZDA, ŞUŞAMIZDA zəfər bayrağımızı sancıb, qələbə ilə yolunu gözləyən əzizlərinin yanına sağ-salamat,üzü ağ,alnı açıq qayıtsınlar.
VƏTƏN uğrunda gedən ağır, lakin şərəfli döyüşlərdə yaralanan hər bir əsgərimizə allahdan şəfa diləyirəm.
Bayrağını, torpağını canından çox sevən,torpağının hər qarışı uğrunda hər an mücadiləyə hazır olan, daim başı üzərində bayrağını dalğalandıran igidlər yetirən torpaq heç zaman basılmaz!
Yaşasın AZƏRBAYCAN ƏSGƏRİ!
Yaşasın ŞANLI ORDUMUZ!
TORPAQLARIMIZ UĞRUNDA CANINDAN KEÇƏN ŞƏHİDLƏRİMİZƏ ALLAH RƏHMƏT ELƏSİN!
NUR İÇİNDƏ UYUSUNLAR!
BÜTÜN ŞƏHİDLƏRİMİZİN RUHU QARŞISINDA BAŞ ƏYİRİK!
Var olsun ürəyi xalqımızla bir vuran ALİ BAŞ KOMANDANIMIZ!
ƏMİNLİKLƏ və QÜRURLA söyləyə bildiyimiz sözümüz:-QARABAĞ AZƏRBAYCANDIR!!!
ZƏFƏRLƏ BİTİRƏK!
Düşmən çəpəridir əsgər oğullar,
Yolları dolanbac, daşlı-kəsəkli.
Sizi haraylayır uca zirvələr,
Olsa da dumanlı, çənli-çisəkli.
Nə zaman böyüdün “taxta tüfənglə”,
Düşmənə “toy tutan” dünənki uşaq.
Torpağın uğrunda indi düşmənlə,
Mərdanə döyüşüb tutursan qurşaq.
Gəlir qətiyyətli addım səslərin,
Gülür vətənimin qayası, daşı.
Üç rəngli bayrağı tax zirvələrə,
Zəfərlə bitirək biz bu savaşı.
Oğlum, VƏTƏN bu gün sənə əmanət,
Sınmasın vüqarın düşmən önündə.
Zəfər bayrağımla üzü ağ qayıt,
Öpərəm alnından geri dönəndə.
Rəfiqə Abbasova – Pressaz.az