QIŞA HAZIRLIQ
Ağızda xırçıldayan xiyar turşusu reseptini sınamağa dəyər.
Ərzaqlar:
- 2 kq turşuluq xiyar
- 4-5 ədəd yaşıl noxud
- 10-15 diş sarımsaq
- yarım limon
- 2-3 yarpaq təzə nanə
- 1 budaq cəfəri
Turşunun suyu üçün:
- 2 litr su
- 2 xörək qaşığı narın duz
- 2 xörək qaşığı sirkə
Hazırlanması:
Xiyarların saplarını kəsin. Bıçağın ucu ilə 2-3 yerindən deşin. Liminu dairə şəklində dilimləyin. Turşu qoyacağnız qabın içinə xiyarların yarısını qoyun üzərinə bir az sarımsaq, nanə yarpağı, noxud və limon dilimləri qoyun. Sonra təkrar qalan xiyarları və sarımsaqları qoyun. Turşusunun suyu üçün su, duz və sirkəni bir qabda qarışdırın. Hazırladığınız turşu suyunu xiyarların üzərinə tökün. Sonda cəfəri budağını bütöv xiyarların üzərinə yerləşdirin. Qaranlıq və günəş girməyən bir yerdə saxlayın. Xiyar turşusu 1 ay sonra yemək üçün hazır olacaq.