Qazi Arif Məhərrəmov:“Mən vətənə xidmətdən yorulmuram!” – FOTO

 Arif Vəli oğlu Məhərrəmov. 1965-ci il sentyabr ayının 23-də Qərbi Azərbaycanın Göyçə mahalında doğulub. 1983-85-ci illərdə Uzaq Şərqdə hərbi xidmətdə olub. 1988-ci ildən xalq hərəkatına qoşulub. 1990-cı ilin 20 Yanvarinda yaralanaraq I qrup əlil olub. Daha sonra 1992-1994-cü illərdə Qarabagda döyüşüb. Azərbaycan prezidentinin təqdimatı ilə Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülsə də, rəsmən bu addan imtina edib. (səbəb: torpaqların hələ də işgaldan azad olmaması) 1994-1998-ci illərdə Çeçenisatanda döyüşlərdə iştirak edib. 1997- ci ilə Cövhərqala şəhərinin ilk fəxri vətəndaşı, 1998-ci ildə isə Çeçenistanın Milli Qəhrəmanı fəxri adını alıb. 2004-cü ildə Prezident yanında Dövlət İdarəçilik Akademiyasını bitirib.
    Azərbaycanda xalq hərəkatının vüsət aldığı zamalarda Arif Məhərrəmovun hərbi xidmətini yeni başa vurduğu illərə təsadüf edir. Məlumdur ki, o dövrün gəncləri bu yaşda karyera qurmaq haqqında düşündüyü halda xalq hərəkatına qoşularaq əlində olan bütün maddi imkanları bu yolda sərf etməklə başladı Arif bəyin qəhrəmanlıq yolu… O, vətən üçün üçün ilk növbədə malından keçməyə əsla xəsislilk etmədi. Qarşıda isə onu can növbəsi gözləyirdi….

    Ermənilərlə ilk münaqişəsi də elə meydan hərəkatı dönəminə təsadüf edir. İşlədiyi kollektivdə milliyyətcə erməi olan iş yoldaşı meydana yığılan əhalii təhqir etdiyində ona layiqli cavab verən (bıçaqla xəsarət yetirməklə) və hətta bunun ucbatından iş yerini itirmək məcburiyyətində qalan (O vaxt onu həbs təhlukəsindən Abşeron mehmanxasının həmin dövrdə direktoru olmuş Aqil Paşayev qurtarmışdı) Arif Məhərrəmov bəlkə hələ bilmirdi ki, bu ilkdir… Qarşıda isə onu daha çətin sınaqlar gözləyirdi… 

Qərbi Azərbaycandan gələn qaçqınların Qarabagda yerləşdirilməsi ideyasını irəli sürən və bu tələblə Bakı Sovetinin binası qarşısında (indiki Bakı şəhər İH) mitinqlərin təşkilatçısı olur. Nəticə istədikləri kimi olmasa da, tələblərini reallaşdırmaq üçün 1989-cu ildə dostları Ülvi, İlham, İbrahimlə birgə Qarabaga yola düşür. Tələblərini o vaxt Qarabağın hakimi mütləqi sayılan A.Volskiyə çatdırırlar. Təyin olunduğu gündən Qarabağa yalnız qara günlər bəxş edən bu adamla söhbət təbii ki, rahat olmur. Arif Məhərrəmov onu bu faciələrlə bağlı ağır ittiham edir. Nəticə acınacaqlı olur. Arif Məhərrəmov həbs edilir, yalnız Agdam əhalisinin israrlı tələbi və deputat Eldar Bağırovun bu işə müdaxiləsi nəticəsində azadlığa buraxılır.

        20 Yanvara isə çox az qalırdı… Bakıda insanların haqq bağıran səsi Moskvanın soyuq, şaxtalı səmalarında don vuraraq qan rəngli qırmızı Kremlin isti divarları arasında eşidilməz oldu…

       Artıq bu xalq milli ayrı-seckiliyin baş alıb getdiyi sovetlər ölkəsində Azadlğın qaçılmaz olduğunu daha aydın şəkildə dərk etməyə başladı. Və bu zaman bu xalqın köməyinə yenə də Arif Məhərrəmov kimi igidlər çatdı. Bu dəfə isə təkcə maddi imkanı ilə deyil, canı ilə.. qanı ilə… 

Hadisələrin inkişafı artıq qan töküləcəyini, azadlığın yalnız ağır mübarizə, qan, can bahasına qazanılacağını labüd edirdi. Bu dəfə də meydanda ələnmələr oldu. Qorxaqlar gizləndi, qəhrəmanlar isə sinələrini güllələrə sipər etdilər. O qəhrəmanlardan biri də məhz Arif Məhərrəmov oldu.

20 Yanvar gecəsinin səhəri evinin qarşısına asdığı üçrəngli bayrağın sovet əsgərləri tərəfindən təhqir olunmağına dözməyərək əlisilahlı bu canilərin üstünə yeriyir, onlardan birinə vurduğu ağır zərbənin cavabı odlu güllələr olur, hətta bununla da kifayətlənməyib, onu ağır zirehli texnikanın (BTR) qarşısına atıb üstündən keçmək istədikdə buna mane olan xanımı da odlu silahlara tuş gəlir. Lakin bu da son deyildi… Onu yaralı halda həbs edərək hərbi komendantlığa gətirirlər. Agır işgəncələr verib hərəkat liderlərinin üzünə durmağa vadar edirlər. Yoldaşını və 40 günlük körpəsini həbsxanaya gətirib gözünün önündə divardan divara çırpırlar. Bunun bir kişi üçün nə qədər əzablı və dözülməz olduğunu təsəvvür etmək məncə o qədər də çətin deyil… lakin bu ağlasığmaz işgəncələr belə onun iradəsini qırmır və 7 aylıq həbs və daha ağır işgəncələrlə nəticələnir. Və hələ bu da son deyildi…..

  Azərbaycan mustəqillik qazandıqdan sonra Arif Məhərrəmov apardığı mübarizə meydanını səngərlə əvəz edir. Beləliklə… Qarabağa yollar görünür….

1992-ci ilin yanvarında yollanır döyüşlərə. Agdamda Allahverdi Bağırovun könüllü özünümüdafiə batalyonunun tərkibində bir-birindən ağır əməliyyatlarda iştirak edir. Xocalı faciəsi zamanı Qaraqaya tərəfdə mühasirəyə düşmüş əhalinin böyük əziyyətlər, ağır döyüş əməliyyatları bahasına mühasirənin yarılaraq Agadama sağ-salamat çatmasında böyük fədakarlıqlar göstərir. Və bu döyüşdə ağır yaralanır. Muxtar həkimin və Nizami həkimin sayəsində yaraları sağalır və ayağa qalxan kimi yenə səngərə qayıdır. Döyüşçü dostlarının ona “Sən artıq öz borcunu hələ 20 yanvarda vermisən vətənə. Son qanlı döyüşdə də artıqlaması ilə ödəmisən. Yorulmadınmı? Yetmədimi?” kimi etiraz dolu suallarına tək cavabı olur: “Mən vətənə xidmətdən yorulmuram!”.

Azərbaycan Respublikasının o zamankı prezidenti Əbülfəz Elçibəyin fərmanı ilə döyüş əməliyyatlarında göstərdiyi fədakarlıqlar nəzərə alınaraq ona “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adı verilir. Lakin…. qəhrəmanımız “Torpağı işğal altında olan kişinin özünə Milli Qəhrəman deməyə haqqı yoxdur” deyərək bu addan rəsmən imtina edir. 1994-cü ilə qədər davam edən döyüş əməliyyatlarında  daim ön sırada olan Arif Məhərrəmov yalnız atəşkəs haqqında saziş imzalandıqdan və bütün cəbhə boyu döyüş əməliyyatları dayandırıldıqdan sonra Bakıya dönür.  Onun xaricdə müalicəsi üçün ayrılmış vəsaitləri də dəfələrlə Milli ordunun hesabına keçirir. Lakin intiqam, qisas hissi onu bir an da olsun rahat buraxmir. Xüsusilə Xocalı faciəsində baş verən sərəfsizlikləri heç cür unuda bilməyən Arif Məhərrəmov üçün Çeçenistanda müharibənin başlanması yeni bir yol açır… İntiqam yolu, qisas yolu… Çeçenistana yeridilən ordunun  20 Yanvar və Xocalı faciələrindəki “məharətləri”ni nəzərə alsaq, o zaman orada baş verənləri təsəvvür etmək elə də çətin olmaz zənnimcə…. Sadəcə bunu deməklə kifayətlənməliyəm ki, Arif Məhərrəmov 20 yanvarda al qanına qəltan edilmiş Azərbaycan igidlərinin və eləcə də Xocalıda namusu tapdanmış Azərbaycn qadınlarının intiqamını almağı bacaran və buna nail olan bəlkə də yeganə Azərbaycan kişisidir! Nəzərə alsaq ki, hərb sirləri sevir və müharibə dediyiniz də sirlərlə doludur, o üzdən mən bu mövzunun üstündən sükutla keçməyə və çox da dərinliklərə varmamağa məcburam… Lakin Çeçenistan kimi bir yerdə və çeçenlər kimi döyüşkən bir xalqın içində Azərbaycanın adının qürurla daşıyan, göstərdiyi misilsiz xidmətlərinə görə Cövhərqalanın fəxri vətəndaşı və Çeçeinsatanın Milli Qəhrəmanı kimi fəxri adlar alan bu igidimizlə yalnız fəxr edə bilərik! Yadınıza bir faktı salım….: nbsp;      

Çeçenistanda qızğın döyüşlərin getdiyi bir vaxtda aparılan çəkilişlərin birində rusiyalı jurnalist 13 yaşlı çeçen döyüşçüsündən soruşur:

Sual: Axı sən hələ uşaqsan. Qorxmursanmı?

Cavab: Mən azarbaycanlı deyilem ki qorxam!

(13 yasli bu uşağın sözü o vaxt Azərbaycanda da cox ağir qarşılanmişdı.) Həmin döyüşlərin birində çeçen döyüşçüləri arasında adı dillər əzbəri olmuş, Cövhərqala şəhərinin ilk fəxri vətəndaşı, Çeçenistanın Milli Qəhrəmanı, Çeçen səhra komandirlərinin sağ əli, C.Dudayevin böyük önəm verdiyi döyüşçü Arif Məhərrəmovla qarşılaşır. O, qəhrəmanın fədakarlığı qarşısında heyrətlənir və deyir: “Əgər bağışlamağı bacarırsınızsa məni bağışlayın, Qəhrəman! Mən sizdən və xalqınızdan  üzr istəyirəm! Mən Azərbaycan xalqının bu qədər döyüşkən və qəhrəman bir xalq olduğunu bilmirdim!”…

İstər Çeçenistana, istərsə də Azərbaycana rəhbərlik etmiş şəxslər, prezidentlər daim bu qəhrəmanımıza diqqət və qayğı ilə yanaşıblar, onun fədakarlıqlarını yüksək qiymətləndiriblər. Belə bir qəhrəmanı və qəhrəmanlıqları unutmağa, görməməzlikdən gəlməyə hec birimizin haqqı yoxdur! Dünən bizi qoruyan bu insanı qorumaq hər bir vətəndaşımızın borcudur!