Qarlı hava məktəblərdəki davamiyyətə necə təsir edib?
Respublika ərazisindəki hava şəraiti ilə bağlı təhsil müəssisələrində şagirdlərin dərslərə davamiyyəti azalıb.
Pressaz.az Oxu.Az-a istinadən xəbər verir ki, məktəblərin əksəriyyəti valideynlərə uşaqlarını dərsə göndərməməyi tövsiyə edib.
Qeyd edək ki, Milli Hidrometeorologiya Xidmətinin yaydığı məlumatda Bakıda və Abşeron yarımadasında fevralın 23-ü axşamdan 25-i səhərədək hava şəraitinin arabir yağıntılı olacağı, 23-dən 24-nə keçən gecə qara keçəcəyi gözlənilir, 24-də bəzi yerlərdə intensiv olacağı bildirilmişdi.
Eyni zamanda çovğun olacağı, havanın temperaturunun ötən günlərlə müqayisədə tədricən 5-10 dərəcə aşağı enəcəyi, 0-5 dərəcə şaxta olacağı qeyd olunmuşdu.