Qarabağ qazisi Vaqif Həsənov: “ŞƏHİD ANASI”…

Vaqif Həsənov İsmayıllı rayonunda doğulub, boya-başa çatıb, orta məktəbi bitirdikdən sonra o zamankı Azərbaycan İnşaat Mühəndislər instituna, indiki Memarlıq Akademiyasına qəbul olub.
1990-cı illərdə könüllü olaraq QARABAG ugrunda gedən döyüşlərə, cəbhəyə gedib.
Fizulu, Tərtər, Ağdam şəhərlərinin müdafiəsi uğrunda gedən gərgin döyüşlərdə iştirak edib.
1994-cü il may ayının 12-ndə Nəmirli kəndinin müdafiəsi uğrunda gedən döyüşdə sol budundan güllə yarası alıb.
İkinci qrup Qarabağ müharibəsi əlilidir. Hal-hazırda İsmayıllı RTŞ UGİŞM-də məşqçi müəllim olaraq, Baş təlimatçı metodist vəzifəsində çalışır. Evlidir, iki övladı var.

 

                 ŞƏHİD ANASI

           (Şəhidlərin dilindən…)

ŞƏHİD olmaq mənim son arzum idi,
Arzuma qovuşub, ôlürəm, ANA!
Şəklin də əlimdə, baxıb son dəfə,
Gözlərim yaş dolu gülürəm, ANA!

ANA, qurban olum, nəşim gələndə,
Ôp məni doyunca, çalış ağlama!
Axı mələklər də eşidər səni,
Boynuma sarılıb bərk qucaqlama!

ŞƏHİDlər ölməzdi, VƏTƏN bölünməz,
Torpaq qucaqlayıb alacaq məni.
Müqəddəs ŞƏHİDlik adıyla birgə,
El-oba, kənd yola salacaq məni.

ANA, hər gələndə məzarım üstə,
Duyacam ətrini, təravətini.
Sən dua edəndə inan ki, mən də,
Yenə hiss edəcəm məhəbbətini.

ANA, sənin daha var bir adın da,
Gôr necə səslənir “şəhid anası”!
Son məzara kimi saxla yadında,
Şəhid anasısan, şəhid anası!

 

MUĞAN, ARAN, ŞİRVAN, MİLİN ŞAİRİ

“Barlı bağ-bağçadan, güldən yazan kim?
Vətəndən, obadan, eldən yazan kim?
Çaydan, şəlalədən, seldən yazan kim?
Muğan, Aran, Şirvan, Milin şairi.

Arabir gôrürsən imdad eyləyir,
Yazır vərəq-vərəq, dərdin söyləyir,
Hər bir addımbaşı bilir neyləyir,
Muğan, Aran, Şirvan, Milin şairi.

Bir də görürsən ki, xatirələrdən,
Bir başqa möcüzə, xariqələrdən,
Yazır hər saatdan, dəqiqələrdən,
Muğan, Aran, Şirvan, Milin şairi.

Yanan pərvanəsi öz şəmindədi,
Sevgi-məhəbbəti qələmindədi,
Hörməti şəxsiyyət görkəmindədi,
Muğan, Aran, Şirvan, Milin şairi.

Dostuna dost olar, düşmənə düşmən,
Bağışlayar səni olana rəğmən,
Bir sual verərsən, cavablar həmən,
Muğan, Aran, Şirvan, Milin şairi.

İmanı təmizdi, ibadətlidi,
Vicdanlı, namuslu, ləyaqətlidi.
Mərddi, mərdanədi, dəyanətlidi,
Muğan, Aran, Şirvan, Milin şairi.

Vaqif, şair adı böyük tituldu,
Bu ad nə əmsaldı, nə də moduldu.
Nə vardı, dövlətdi, nə də ki,puldu,
Dillər əzbəridi elin şairi,
Muğan, Aran, Şirvan, Milin şairi!

 

                   Ç I X I B D I 

Tərs yolların adından da bəllidi,
Yollar bizə nədən dônük çıxıbdı.
İstəsə də ürək ayaq getməyir,
Qəlbimiz də vallah sônük çıxıbdı!

Ayaq altda əzilsə də xəzəllər,
Yumruq olub qoşalaşsa da əllər.
Gôrənlərsə baxıb dodaq büzəllər,
Ağız,dodaq,dil də büzük çıxıbdı!

Urək sevsə bölünərmi ikiyə?
Yalan sevgi dəyərmi bir qəpiyə?
Saf məhəbbət gəlməz billah çəkiyə,
Tale mizan ilə şərik çıxıbdı!

Xəstəlikdən solub sevgi bağları,
Yaddan çıxıb eşq cavanlıq çağları,
Kol-kos basıb çəmənləri, dağları,
Gôbələklər çürük-çürük çıxıbdı!

Sevdamızın yükúnümü görmədin?
Eşq bağından bir meyvə də dərmədin.
Hələ də sən xoş bir ömür sürmədin,
Yaşadığın ömür də yük çıxıbdı!

Nə məndədi günah, nə də səndədi,
Ômrümüzə fələk sanki rəndədi.
Sevilənlər, sevənlər də bəndədi,
Çox sevgidə saxta üzük çıxıbdı!

 

 

Pressaz.az