Qarabağ Qazisi Arif Məhərrəmov: “Xalqımın qarşısında yaşadığım tarixi məqamların hesabatını verirəm”…
Yaşadığım tarixi məqamların, izahlı hesabatımən geniş, ətraflı bildirməyimə səthi yanaşaraq yan keçməyin!!!
Azərbaycan onu qoruyanların səbəbindən yaşamağa haqqı olan ölkədir!!! Kimlərinsə torpağından Azərbaycan yaranmadı, amma Vətənimə dəfələrlə edilən hücumların səbəbindən torpaqlarımız işğala məruz qaldığından indiki ermənistan və digər ölkələrin ərazi torpaqlarının genişlənməsinin yaranmasına baxmayaraq təssüflər olsun ki, hələ də ölkəmizə hücumlar davam edir.
Vətənimi qoruyanlara edilən haqsızlıq hücümlarını təşkil edənlər görsənən düşmənlərimizin tapşırığını yerinə yetirən Vətenimizə qarşı xainlik edən Vətənpərvərlərin sıralarına soxulan gizlənən düşmənlərimizdir. Qəhrəmanlarımızın dəyərlilərimiz tərəfindən qorunmağı Vətənimizin mükəmməl qorunmağı deməkdir!!!
Vətənə – Xalqa xidmət edən xüsusi fərqlənənlərə qiymət vermək üçün bəzən təltiflər və rütbələr məsələsində böyük haqsızlıqlara yol verilir – bununla belə layiq olanlara deyil, haqsızlıqlar əsasında layiq olmayanlar təltiflənir. Əgər DTX – ə, Xüsusi Xidmət orqanlarına təltifləri araşdırmaq səlahiyyəti verilərsə əminəm ki, layiq olmayanlar üzə çıxacaq və təltiflərə layiq olanların ədaləti bərpa olacaq. Öncə mənim Şəhid qardaşım Akif Məhərrəmovun və mənim keçdiyim əzablı yollarımızı əks etdirən dəlil – sübutlarımızı əks etdirən əməllərimizin araşdırmasından başlasınlar!!! Əgər kimlərsə haqqını tələb edirsə, məhz onlara qarşı təhdidlər edərək xüsusi öyrədilmişlərə verilən tapşırıqla vicdanlı, dəyərli insanları məhv etməyə çalışırlar. Adi bir misal – aidiyyatı qurumların ifşa edərək həbs etdiyi Vətənə xəyanət edənlərə təqdim edilən Dövlət təltiflərinə diqqət yetirilərsə hər şey aşkarlıqla aydın olar. Bu baxımdan da sinədə parlayan orden, medallara deyil, əməllərlə qazanılan nailiyyətlərə diqqət yetirmək lazımdır!!! Dəfələrlə saxta dələduz Vətən xainlərini faktlardan ibarət sübutlarımla ifşa etməyimə baxmayaraq haqsızlıq edənlərin özləri və ətrafları tərəfdən hücumlarına məruz qaldım. Demək əgər aidiyyatı qurumların dəyərliləri və Vətənpərvər insanlarəmız tərəfindən dəstək verilərək qorunmağım olmasaydı mən məhv olunmaləydəmmı??!! Mənə olunan hücumlar Milli Vətənpərvərliyimizə olunan hücumlar deyilmi??!!
Amma Çeçenistanımızdan Vətənimiz Azərbaycanıma şərəflə ilk Fəxri Vətəndaş və Millət Qəhrəmanı fəxri adlarla dönməyimlə ermənilərə havadarlıq edənlərə meyilli olanların mənə qarşı haqsız hücumları başa düşülən olsa da vaxtilə Ali Baş komandanımız olan Dahi Şəxsiyyət Heydər Əliyevin aidiyyatı qurumlara qorunmaq tapşırığının verilməsi ( aidiyyatı qurum səlahiyyətĺisi Vaqif Qasimov təsdiq edə bilər ) bəs nədən hal hazırda qorunmağım lazım deyil və əksinə nədən hücumlara məruz qalıram???
Mənim heç bir qəhrəmanlığım olmayıb deyən ləyaqətini itirən şərəfsizlərin nə üçün deməsinə diqqət yetirməsi mümkün olarsa mənə olunan haqsızlıqların mahiyyəti aşkarlanar!!!
Xalqımın əziz dəyərliləri, əgər sizin qəhrəmanınız şər – böhtan hücumlarına və haqsəzlıq sıxıntılarına məruz qalırsa gühkarların kimlərdən ibarət olduğunu və qarşılaşdığım sıxıntıların nə səbəbdən yarandığını özünüz müəyyən edin!!!
Mənim müraciətimin səbəbi, aşkarladığım Vətən xainlərinin təhdidlərinə müqavimət göstərməyimdə Xalqımın, dəyərli insanların dəstəklərini esirgəməməyi üçün diqqətlərini yönəltməkdir məqsədim.
Xalqımın qarşısında yaşadığım tarixi məqamların hesabatını verirəm: Mənim Milli Vətənpərvərlik hisslərinə bağlanmağımın tarixçəsi valideyin- böyüklərimin verdiyi tarixi anlatmaya görə mübarizəm orta məktəb dövründən başlayir. Babam Məhəmmədin mən aşağı siniflərdə olarkən sovet dönəmində qadağan olunmuş Müstəqillik tariximizin məqamları və üç rəngli bayrağımız barədə məlumat vermişdir. 5 – 6 siniflərdə biz şagirdlərə verdikləri yalançi tarix dərsi əvəzində müstəqillik dövrümüzün tarixini bilmək istərkən sovet partiya komitəsinə verilən məlumat esasında Atam Vəli müəllimin həbsi ilə mənim məktəbdən qovulmağımla məni ruhi xəstəliklər xəstəxanasında məhv olunmağımızın qarşısını alan Məryam xalam və onun yoldaşı Müslüm əmimin ( Her ikisi canli şahiddirler ) köməyi ilə yaxən qohumumuz Həbib Həsənova və onun həyat yoldaşı Sidiqə xanıma müraciət edilmişdir. Yaxın qohumumuz Həbib müəllim bacanağı Dahi Şəxsiyyət Heyder Əliyevə və yaxın qohumumuz Sidiqə xanim öz xalası qızı Zərifə Əliyevaya bizi xilas etmək üçün müraciət etmişlər. (Hər birinə Allah rəhmət eləsin ). Ən çətin dövrün məqamında sovet rəhbərlərinin bizim barəmizdə məlumatlı olduqlarına görə bizim ailənin məhv edilmək tapşırığının verilməsi esasında böyük təhdidlərin olmağına əhəmiyyət verməyən həm Heydər Əliyev həm də Zərifə Əliyeva mənim və Atamın xilasında mərdlik nümunəsi göstərən səbəbkarlar olmuşlar. Heydər Əliyevlə olan görüşüm ərəfəsində bu hadisələri daha etraflı söyləyərək məni tarixi məqamlar üçün qoruduğunu bildirmişdir. Mən də Heydər Əliyevə bildirdim ki, siz mənim həm böyük xilaskarım, həm də ən dəyərli həyat müəllimim olmusunuz.
Sovet dövründə məcburi əskərlik xidmətimdən sonra Abşeron Turist kompleksinə aşbazlıq ixtisasım üzrə şəxsən özünün qəbulu ilə ( yeganə hal idi ki, işçini özü qəbul etdi ) direktorluq Rəhbəri Azərbaycanın Vitse Prezidenti 1ci Xanımımız Mehriban Əliyevanın əmisi olan Aqil Paşayev mənimlə 1 saata yaxın səmimi söhbət edəndən sonra bildirdi ki, hansı ixtisas sahibi olmağından asılı olmayaraq Milli Dəyərləri qorumaq sənin həyatda tutduğun mövqeyin olmalıdır. Çalışdığım kompleksdə bizlə bərabər ermənilər də çalışırdı və onlarla tez-tez Milli dəyərlər baxımından mübahisəm olduğundan rəhbərimiz Aqil Paşayev Moskvanın təhdidlərindən çəkinməyərək erməniləri işdən qovmağa xəbərdarlıq etməsində orada çalışan ermeənilər məni günahkar bilirdilər.1997 ci il calışdığım müəssisənin Şərq mətbəxtində iş günlərinin birində yeməklərin çeşidlərinin siyahısına diqqət yetirəndə nəşriyyat çapi ilə Azərbaycan – Rus dillərində erməni dolması və erməni dovğası sözlərini oxuyarkən həmən nəşriyyat çaplı olan menyunu alt paltarımda ona görə gizlətdim ki, bilirdim ki, sübut edə bilməyəcəyəm. Amma ermənilər mənim etirazımdan xəbər tutarkən məni öldürmək istədiklərindən onlar çox mən tək, bir birimizi al qana boyamağımızdan xəbər tutan Vətənpərvər insan Aqil Paşayev məni ermənilərin öldürmək anından xilas etdi. Demək həmin anda çap edilmiş menyuları ləğv etmişdilər. Məsələyə hüquq müstəvisi Moskvanın təkidi ilə mənə cinayət işi qaldırıldı. Bəzi Moskva təhdidlərindən qorxan və ermənilərə yaltaqlıq edən azərbaycanlılar mənim üzümə duraraq məni günahkar etsələr də mənim gizlətdiyim yeməklərin çeşidi olan menyunu Aqil Paşayevə təqdim edərək vəziyyəti mənim xeyrimə dəyişərək mənə qarşı qaldırılan cinayət işini ləğv etdirərək məni növbəti dəfə xilas etdi. Aqil müəllim Moskva rəhbərliyinin təhdidlərindən çəkinməyərək həmən ərəfədə kompleksdən bütün erməniləri işdən qovmaqla Milli dəyərlərimizin ayrılmaz hissəsi olan Milli Kulinariyamızın haqqını qorumaqla Vətənpərvər olduğunu əməli ilə bildirmişdir. Aqil Paşayev sağlığından mənim mərdlik hünərimi yüksək qiymətləndirərək maliyyə köməkliyi ilə yanaşı mən sonradan yaralandığıma görə tibbi dərmanlarla təchiz edərək müalicə almağım ücün yardımlar etmişdir.
Xalqımın müstəqillik mübarizəsində mənim mərdlik şücaətimə yüksək qiymət verənlərin biri də Milli Azadlıq mücadiləmizin mübariz Lideri Əbülfəz Əliyevlə olan bir neçə görüşümdən daha fərqlisi 1991 ci ildə 23 avqust hadisələrində Elçibəyə olunan hücumlardan onu qoruyarkən aldığım xəsarətlərdən sonra görüşərkən mənim barəmdə dediyi sözlər: “Arif Məhərrəmov, səni tam araşdırandan sonra belə qənaətə gəldim ki, – Sən Vətənpərvər insanlar üçün bir nümunə olmağınla həyat yolun isə oxumaqla bitməyən Vətənpərvərlik əsəridir”. – deməyi mənim heç bir vaxt yaddaşımdan silinməyəcəkdir!!!
Xalqəmızın Azadlıq mübarizəsində üç rəngli bayrağımızı xilas edərkən yaralanmağım ( sübut – Ali sovetin istintaq kamissiyasında yaralanmağımın izahı və məni xilas edən şahid Belarus millətindən olan Myakota Mariya Ivanovna ), sonradan həbs olunaraq aldığım elektrik stulu işgəncələrinə dözərək tab gətirməyim (sübut – zindanda olduğum müddətdə işgəncələrə tab gətirdiyimə görə məni böyük hörmət, ehtiramı ilə qoruyan Lotu Olimin, Lotu Bəxtiyarın, Lotu Mamedin və digərlərinin saə qalan yaxınları – qohumları təsdiq edə bilər ), Vətənimiz təcavüzə məruz qalarkən 20 yanvarda yaralanaraq və zindan işgəncələrindən 2 ci qrup əlil olmağıma baxmayaraq könüllü döyüşlərdə iştirakım ərəfəsində növbəti yaralanmağım ( sübut – aldığım yaralarımı təsdiq edən dövlətin rəsmi sənədləri və mənimlə birgə olan canlı şahidlər ), Azərbaycanın Milli Qəhrəmanı fəxri ad təltifindən imtina etməyim ( sübut – 1994 cü il, Prezident Aparatında 20 yanvarla əlaqədar tədbirdən sonra şəxsən mənə görə yenidən zala qayıdandan sonra Dahi Şəxsiyyət Heydər Əliyevin məni Canlı Qəhrəmanlıq Eksponatı adlandıraraq Nazirlərə, Dövlət məmurlarına, Milli Məclis üzvlərinə, Müdafiə Naziri Məmmədrəfi Məmmədova təqdim edərək arxiv çəkiliş, Prezidentin şəxsi mühafizeçiləri və dəyərli Generalımız Bəylər Eyyubov canli şahidlərim və sonradan imtinamla əlaqədar Müdafiə Nazirliyinin resmi sənədi. Hətta bu yaxınlarda Prezidentin şəxsi mühafizəçilərindən biri tədbirlərin birində bir rayonun icra başçısına söyləyərək bildirdi ki, Arif Məhərrəmov vaxtikən ən yüksək fəxri addan imtina edəndə Cənab Prezidenti kövrəltdi, sözlərindən sonra icra başçısı da bildirdi ki, demək imtina məsələsi düz imiş? Sonra da başcı bildirdi ki, bagışla məni, əclaf şərəfsizlərin sözlərinə inanmışam. Bu anda mənə yüksək qiymət verən mühafizəçi sinəsindəki Heydər Əliyevin adına təsis edilmiş qızıldan ibarət döş nişanını yaxama taxdı – dediklərimi təsdiq edən foto şəkillerim mövcuddur), 1995 – 1999 illərdə Çeçenistanda çalışmağım ərəfəsində Vətənimə – Xalqıma qarşı terror edən təşkilatın ləğv edilərək darmadağın olunması və terror edənlərin tapılıb məhv edilməsi ( sübut – aidiyyatı qurumlar qarşısında hesabatım və aidiyyatı üzrə səlahiyyətli şəxs Vaqif Qasımov təsdiq edə bilər ), 1994 cü ild mənə verilən yüksək pul mükafatını Vətənin dar günündə kəskin şaxtalı vaxtlarda döyüşçülərimizi qorumaq üçün ən keyfiyyətli yun saplarla Ana- bacılarımızın köməyi ilə toxutdurduğum yun əlcək – yun corablarla, ərzaq və isti geyimlərlə döyüşən ordumuzu təmin etməklə yüksək vətənpərvərlik ruhu yaratmağımla ( sübutum, Müdafiə Nazirliyinin və H/H komandirlərinin təşəkküŕ məktubları), 1997 ci ildə Qafqaz Xalqlarının qurultayında Azərbaycan təmsilçisi seçilməyim ( sübut – sədrimiz Zelimxan Yandarbiyevin imzası ilə verilən vəsiqə ) -1997 ci ildə Bakıda Qafqaz əlillərin Sülh və Qardaşlıq devizi ilə Beynəlxalq tədbir keçirtməyim ( sübut – Konfransın keçirilməsi barədə pratakolun nüsxəsi və Qafqazın Ölkə Başçılarına olunan Müraciətin nüsxəsi ) – Qafqaz Evi Beynəlxalq Təşkilatının təsisçilərindən biri olmağımla yanaşı həm də Azərbaycan təmsilçisi seçilməyim ( sübut – Təşkilatın yaranması barədə niyyət pratakolunun və səlahiyyətin verilməsi barədə qərarın nüsxəsi ) – 1997 ci ildə Şeyx Şamilin 200 illik yubileyində Azərbaycan adından cıxış etmək səlahiyyətimin Azərbaycan Prezidentinin təbrik teleqramına yer verilməsi və Azərbaycan rəsmilərinin Çeçenistana dəvət edilməsində səlahiyyətimin olması ( sübut – tədbirin keçirilməsinə dair sənədlərin və tədbirlərə dəvətin nüsxələri ) və digər xidmətlərimlə Vətənimə, Xalqıma borcumu qəhrəmanlıq şücaətlərimlə ödəməmişəmmi? Əminəm ki, Çeçenistan savaşından sonra gənc səhra komandirlərindən birinin Moskvanın “Vesti” proqramına verdiyi müsahibəsində işlətdiyi mən Azərbaycanlı deyiləm ki, qorxam – söylədiyi narahatçılıq doğuran məqama görə mənim Çeçenistanın Millət Qəhrəmanı olduğumu və Şamil Basayevin Azərbaycanın və Türk Dünyasının Çeçenlərə etdiyi yardımla əlaqədar verdiyi izaha görə Azərbaycan və Türk Dünyasının Xalqından üzür istəməsinə nail olmağım Vətənimə – Xalqıma verdiyim borcumla əlaqələndirmək məqamını Xalqımın dəyərliləri heç bir vaxt mənim əməl təzahürlərimi unutmayacaqlar!!!
Bəs kimlər və hansı səbəbdən mənim seçilmiş əməllərimin üstündən xətt çəkmələri ilə mənim Vətənpərvərlik fəailiyyətimə əngəllər yaratmaqla Milli Vətənpərvərlik amallarımıza təhdid yaratmaqla Milli dəyərlərimizə zərbə vuranlara qarşı vaxtında tədbir görmək mümkün olmadımı??? ƏgƏr mənə lazımi diqqət göstərilmirsə və ləyaqətsizlərin hücumlarına məruz qalıramsa mənəmmi günahkar? Yoxsa kimlər? Hər iki qollarımın və hər iki ayaqlarimin, bel nahiyyəmdən və başımdan aldığım yaralar, qolumda çoxsaylı və başımda iki qəlpə ilə yaşamağıma verilən qiymetlə mənim qazandığım mükafatlarımın üstündən qara xətt çəkmək əsasında mənə olunan diqqətsizlik, biganəliyi mənə qarşı vicdansızlığı təcəssüm etmirmi? Ən yüksək fəxri addan məlum səbəblərə görə imtinam olsa da Xalqımın dəyərli insanların məhəbbəti mənim üçün ən yüksək, ən dəyərli mükafatım oldu!!!
Necə olur ki, 2001 ci ildə Olimpiya Komitəsinin qarşısında o zaman Olimpiya Komitəsinin Prezidenti olan, amma hal hazırda dəyərli, vətənpərvər Ölkə Başçımız olan İlham Əliyevlə görüşərkən məni Qafqazın, Türk Dünyasının Qəhrəmanı adlandıraraq mənim səhhətim və sosial vəziyyətimlə maraqlanandan sonra Prezident yanında Dövlət İdarəçilik Akademiyasına şəxsi təşəbbüsü ilə ikinci Ali təhsil almağımla yanaşı ( adə çəkilən Akademiyanı Fərqlənmə Diplomu ilə bitirdim ) yanında olanlara tapşıraraq – Heç bir Dövlət məmuru Arif Məhərrəmova qarşı etinasız olmasın, deməyinə baxmayaraq hal -hazırda Dövlət orqanlarında mənə qarşı olunan etinasızlıq haqsızlığına nə ad vermək olarsa – Bilmirəm!!!
Mən Vətənim – Xalqım üçün nə etmişəmsə çox az hesab etdiyimi bildirirəm və kaş ki , mənə mane olanlar olmasaydi daha çox nələrsə edə bilərdim!!!
Yaşasın, var olsun Azərbaycan və Türk Dünyasının varlığını qoruyanlar!!!
Arif Məhərrəmov
Qarabağ qazisi, 20 Yanvar, Xocalı döyüşləri veteranı, Çeçenistanın Milli Qəhrəmanı
Pressaz.az