“Qarabağ hər zaman bizim olub, bizimdir və hər zaman da bizim olacaq”! – İsmayıl Yunuszadə

 “Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir… Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir.”

                                           HEYDƏR ƏLİYEV

Ümummilli liderimiz Heydər Əliyev ölkədə gedən demokratik islahatlara və insan hüquqlarının qorunmasına həmişə diqqət yetirirdi. İctimai-siyasi, mədəni həyatımızın müxtəlif sahələrində sistemli islahatlar aparan böyük öndərimiz bütün bu proseslərdə gənclərin roluna həmişə xüsusi fikir verirdi. Müxtəlif qurumlarda, dölət idarələrində, siyasi və iqtisadi arenalarda gənclərin fəal iştirakını təmin edirdi.

Azərbaycanın gələcəyi gənclərə məxsusdur. Azərbaycan gənclər ölkəsidir. Gənclərə diqqət və qayğı ulu öndər Heydər Əliyevin Azərbaycana hakimiyyətinin hər iki dövründə həyata keçirilən siyasətin önündə dayanıb. Azərbaycan gəncləri sağlam düşüncəli, vətənpərvər gənclərdir. Gənclərə göstərilən bu etimad, diqqət və qayğı onların daha səylə çalışmalarına, müstəqil Azərbaycanın dünəni, bu günü və gələcəyi naminə sıx birləşməyə stimul verir.

Gəncliyin sağlam ruhlu, savadlı, yüksək mənəvi tərbiyəyə malik olması dövlət üçün önəmlidir. Cəmiyyətin aparıcı təbəqəsi gənclərdirsə, deməli, inkişaf və inteqrasiya məhz onlarla bir addımlayır. Cəmiyyətin gələcəyi gənclərdir və öz gələcəyini düşünən hər bir cəmiyyət gənclərə qayğı göstərir. Bununla da əslində özünün xoşbəxt və firavan gələcəyinin təmin olunması istiqamətində mühüm addımlar atmış olur. Bu məlum həqiqəti Azərbaycanda hamıdan yaxşı anlayan və bunun həyata keçirilməsi üçün lazımı tədbirləri görən yeganə bir insan var idisə o da Heydər Əliyev idi.

Azərbaycanın tərəqqisində, onun iqtisadi, siyasi və mədəni həyatında, demokratik dövlət və cəmiyyətin qurulmasında gənclərin rolu danılmazdır. Azərbaycanın tarixinə nəzər salsaq, onun hər mərhələsində gənclərimizin özünəməxsus rol oynadığının şahidi olarıq. 

Və bu gün də Dövlət başçısı İlham Əliyev gənclərin böyük potensiala malik olduğunu önə çəkərək bildirir ki, müasirləşmə dövlət siyasətinin düzgün qurulmasından, eyni zamanda gənclərin fəaliyyətindən asılıdır.

Əlbəttə, gənc olaraq bizlər də üzərimizə düşən məsuliyyəti dərk edirik. Ölkədə gənclər siyasəti durmadan inkişaf edir. Cənab prezidentin rəhbərliyi ilə bütün gənclərə diqqət və qayğı göstərilir. Biz də o diqqət və qayğıdan yararlanırıq. Ona görə də biz gənclər dövlət başçımıza hər zaman sadiq olmalıyıq. Böyük bir gənclər ordusu ilə çalışırıqsa, regionlarda layihələr icra ediriksə, bu işdə daha əzmkar olmalı işimizin öhdəsindən uğurla gəlməliyik. Mənə elə gəlir ki, gənclər  enerjili, pozitiv daima axtarışda olmalıyıq. Azərbaycan gəncləri Vətən qarşısında vətəndaşlıq vəzifələrini layiqincə başa düşür və ərazi bütövlüyümüzün qorunmasında, milli dövlət quruculuğunda fəal iştirak edirlər. İstər 2016-cı ilin aprelində cəbhənin Füzuli və Tərtər rayonları, istərsə də 2020-ci ilin iyulunda Tovuz rayonu istiqamətində gedən döyüşlər zamanı Azərbaycan gəncliyi bir daha Vətənin müdafiəsinə, düşmən tapdağı altında olan torpaqlarımızı azad etməyə hər an hazır olduğunu bir daha sübut etdi.

İyulun 12-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində gedən döyüşlərdə Azərbaycan ordusu düşmənin təxribatının qarşısını rəşadətlə aldı. Cəbhədə döyüşlər gedən zaman gənclərimiz ordumuza və əsgərlərimizə dəstək nümayiş etdirərək, hər an Vətənin müdafiəsinə hazır olduqlarını bildirdilər.

Prezident İlham Əliyevin çağırışına uyğun olaraq, ən qısa zamanda on minlərlə gənc Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etdi. Son hadisələr Azərbaycan ordusunun qüdrətini nümayiş etdirməklə yanaşı, ordu-xalq birliyini, gənclərimizin yüksək vətənpərvərliyini, onların torpaqlarımızın düşmən tapdağında qalması ilə heç zaman barışmayacağını bir daha göstərdi.

  Vətənimizin hər bir qarış torpağı bizim üçün əzizdir. Qarabağ bizim həm ürəyimizi dağlayan sağalmaz yara, həmdə bizim gələcəyə olan tək ümidimizdir. Neçə illərdir ki, Qarabağımızdan, canımızdan, şah damarımızdan ayrı düşmüşük. Qarabağı, onun gözəl təbiətini, gülünü, çiçəyini görmür, onun o təmiz, saf havasını duymuruq. Qaniçən ermənilər bizi Qarabağımızdan zorla ayırıb.Yaşlılara, qadınlara, uşaqlara zərrə qədər belə rəhm etməyiblər. Bizi öz doğma yurd-yuvamızdan zorla ayırıblar, həsrət qoyublar.  Kəlbəcər, Şuşa, Xocalı, Laçın, Ağdam, Ağdərə kimi gözəl rayonlarımız yadellilərin işğalı altındadır. Qarabağınıza olan həsrətimiz, intizarımız gündən-günə artır.Hər gün içimizdə bir ümid daha da artır, hər gün Qarabağa olan sevgimiz, həsrətimiz daha çox artır. Qarabağ bizim həm bu günümüz həm də sabahımızdır. Qarabağ bizim həm kədərimiz, həm də sevincimizdir. Bir sözlə Qarabağ bizim hər şeyimizdir.

   Qarabağ düşmənlərin tapdağı altındadır və yenidən öz xalqının ona sahib çıxacağı günü gözləyir. Bizim hər birimiz əzab çəkirik, Qarabağı geri almaq istəyirik, çunki Qarabağ bizim sərvətimizdir. Biz yaşamaq, yaşatmaq istəyiriksə Qarabağı işğaldan qurtarmalıyıq.

   Hələ ki, Qarabağımız bizdən ayrıdır.Çox kədərlidir, çox təsirlidir bizim olana başqasının sahib olması. O zamanlar gücsüz idik. Buna görə də ermənilər Qarabağımızı bizdən aldı. Amma artıq dövran dəyişib. Artıq biz güclüyük, müstəqil dövlətimiz var, güclü orduya sahibik. Müharibəyə də, mübarizəyə də həm gücümüz həm də casarətimiz var. Mən inanıram ki, gün gələcək Qarabağ yenə də bizim olacaq. Biz bütün şad, gözəl günlərimizi orada keçirəcəyik.

   Qarabağ hər zaman bizim olub, bizimdir və hər zaman da bizim olacaq!

 

İsmayıl Yunuszadə

Gədəbəy rayon Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin Üzvü

Pressaz.az