Püstə Rəvan: “QARABAĞ” – Yeni şeirlər… – FOTO

 

AĞLAMAYIN ŞƏHİDLƏRİ.

İki ömür yaşadınız,
Siz dünyayla qoşasınız,
Ürəyimdə baş daşısız,
Ağlamayın Şəhidləri,
Şəhidlər qiymətdən düşər.

Gözümə nur kimi dolduz,
Ürəyimdə daim qaldız,
Tapılmaz odlara saldız,
Ağlamayın Şəhidləri,
Şəhidlər qiymətdən düşər.

Əl atdım boşa çıxmadı,
Fələk əysədə yıxmadı,
Ağa – qaraya baxmadı,
Ağlamayın Şəhidləri,
Şəhidlər qiymətdən düşər.

Püstə əriyib mum kimi,
Saçlarım olub un kimi,
Qulağımda bir ün kimi,
Ağlamayın Şəhidləri,
Şəhidlər qiymətdən düşər.

 

                  QARABAĞ

Ana torpağımsan mənim Qarabağ
Dözməz ürək hicranına, tab etməz,
Düşmənlərdən azad etmək eşqimi,
Həkk olunub ürəyimə, o itməz.

Namərdlərin əllərində əsirsən,
Həsrətdəndi yaş tökülür gözümdən,
Nə qədər ki, həyat bizi səsləyir,
Heç bir zaman adın düşməz dilimdən.

Azalmadı sevinc verən qəlbimə,
Bu gün sənsən Vətənimin kədəri,
Ürəklərdə sevgin yaşar həmişə,
Bu niskilin ancaq yoxdur qədəri.

Şaxələnir ümüdimiz gör necə!
Azad edər torpaqları ordumuz,
Azad olar QARABAĞIM yağıdan,
Al qumaşa bürünəcək yurdumuz.

 

         QALX AYAĞA, QARDAŞIM!

Düşmən qovur əl açırıq göylərə,
Qara günün nəğmə olub dillərə,
Vətənimiz niyə düşüb əllərə,
Qalx ayağa qardaş, qeyrət günüdi.

Ahu – vay ürəyimi üzübdü,
Döyüş bölgəsindən şəhid gəlibdi,
Bəxtimizə tale qara yazıbdı,
Qalx ayağa qardaş, qeyrət günüdi.

Bir qolu Şüşadı, bir qolu Qazax,
Üç rəngli bayrağa, qalx Vətən yazaq
İnşallah düşmənin qəbrini qazaq,
Qalx ayağa qardaş, qeyrət günüdi,

Sal-qayadan səs gəldi ellər diksindi,
Əvvəlki saymazlıq, indiki kindi,
Bu qədər keyik ki, söylə nə gündi,
Qalx ayağa qardaş, qeyrət günüdi.

Püstəyəm ağlamam, sən deyən deyil,
Vətənə, xalqına yuksəkdi meyli,
Düşməni qovmasaq, olaram zail,
Qalx ayağa qardaş, qeyrət günüdi.

 

             UNUDUM YENƏ

Eşqimin yanında günahkar oldun,
Hər şerim, hər misram adınla doldu,
Qayıt sən ümüdim, səninlə olsun,
Hər gün gözlərimdə xəyalın oldu.

Gözümün şahidi ulduzlar idi,
Çəkdiyim əzablar qəlbimdə idi,
Kədərim niskilim canımda idi,
Xəyalım yatmadı səhəri kimi.

Gözümün yaşını ulduzlar gördü,
Ağladım arxanca selləndi gözüm,
Dumanlı köksümdə əksini gördüm,
Boşala bilmədi köklənmiş sözüm.

Qəlbimi hər gecə tənhalıq sıxdı,
Gözləyib yolunu bənizim soldu,
Qayıt sənsizliyi unudum yenə,
Qəlbimin həsrətin yelkəni oldun.

 

 

 

Pressaz.az