Püstə Rəvanın söz dünyasından… VİDEO
BU SEVGİDƏN YAZIM GƏRƏK
Gəzməyə bağ, ormanım var,
Qəlbimdə min gümanım var,
Mənim şeir ümmanım var,
Açsın çiçək arzu-dilək,
Bu sevgidən yazam gərək.
Gəl əlini ver əlimə,
Bəxt gətir bu taleyimə,
Dönmə sonra gileyimə,
Olmasın qoy yalan, kələk,
Bu sevgidən yazam gərək.
Kədərimi üzdən atan,
Əhvalıma sevinc qatan,
Mənimlə bu eşqə çatan,
Nağıl olub suda batan,
Bu sevgidən yazam gərək.
Meylim, könlüm günümdədir,
Ayımdadı, ilimdədir,
Adı düşüb dilimdədir,
Məhəbbətdən çələng hörək,
Bu sevgidən yazam gərək.
Ürəyimi alana bax,
Bu qəlbimi çalana bax,
Məni eşqə salana bax,
Bizə sən çəp baxma fələk,
Bu sevgidən yazam gərək.
YAĞIŞ
Yağış yağır duyğularım
kövrəlib,
Yağış yağar, o vaxt ikimiz vardıq,
İndi pəncərəmin önündə təkəm,
Dünyada sən yoxsan, mən isə yalqız.
Yağış yağır, nələr düşür yadıma,
İkimiz gənc idik, sevgiyə bağlı,
Pəncərə önundə yağışa dalğın,
Sevinclə həyata, hərəhlə bağlı.
Yağış yağır, körpə gəlir həyata,
Yağışlı bir səhər xoşbəxdir ana.
Köksündə körpəsi, qəlbi fərəhli,
Tale qismətinə şükr edir ana.
Yağış yağır, güşünürəm nə yaxşı,
Tanrının bu gözəl payıda varmış.
Keçmiş xatirələr önümə gəlib,
Məni sıxıntıdan çəkib ayırmış.
Yağış yağır, damlaların səsində,
Uzaqlarda sanki bir şimşək çaxır.
Axan damlalardan qəmli, həm də şən.
Gənclik xatirəsi fikrimdə qalır.
Yağış yağır, istəyirəm gənc təki,
Yağışın altında atılım qaçım.
Ürəyimdən yusun qəmi, kədəri,
Fərəhlənsin qəlbim, lap cavanlaşım.
Yağış yağır, həyat eşqim yüksəlir,
Arxada gəncliyim, həyatım öndə.
Xəyaldan ayrılıb yağışa baxıb,
Düşünürəm səni, sən olmasan da.
LAYİQSƏN ÖMRÜM
Bir həzin laylasan, sözsən ürəkdə,
Elə bil, nəğməsən, çənsən ürəkdə,
Bu yaşda elə bil tənsən ürəkdə,
Sevgidə tərifə layiqsən ömrüm!
Yoxdur məndən başqa amanın ahın,
Yerin, göyün, bu sevgidə pənahın,
Bizə kömək olsun sənin Allahın,
Sevgidə tərifə layiqsən ömrüm!
Püstənin, ürəyi sızlayır hər gün,
Taleyin işində düşübdür düyün,
Sən mənim bir kəlmə sözümlə öyün,
Sevgidə tərifə layiqsən ömrüm!

Şair-publisist Püstə Rəvan – media.info.az
