Püstə Rəvanın söz dünyasından… VİDEO
DƏRDLƏRƏ DƏRMAN OLMUŞAM
Dərdimə dərman üçün, dərdlərə dərman olmuşam,
Sanki yer-göy dəyişib, dostlara yad olmuşam.
Nə gecəm var, nə gündüzüm, taleyi bərbad olmuşam,
Ah-uf mənə dost olubdu, dostlarım qalibdı dala,
Dərdimə dərman üçün, dərdlərə dərman olmuşam!
Nə günüm nə gündüzüm, ömür sona çat-ha-çatda,
Yağışı, tufanı var, aralığı qathaqatda,
Gözündə hər şey qaranlıq azacıq yathayatda,
Ah-uf mənə dost olubdu, dostlarım qalıbdı dala,
Dərdimə dərman üçün, dərdlərə dərman olmuşam!
Püstə dünya dönüb, dünyadan kam almadım,
Deyirdim zaman gələr, kimsədən geri qalmadım, Hər kimdən qiymət alıb, əbədi mən yadda qaldım,
Ah-uf mənə dost olub, dostlarım qalıbdı dala,
Dərdimə dərman üçün, dərdlərə dərman olmuşam!
SINDIRMA FƏLƏK
Qəlbimi sındırma, sındırma fələk,
Sıxılır yenə də sinəmdə ürək.
Ən ağır çiynimdə, ağır yükümsən,
Sənin axırına çıxam mən gərək.
Mən hələ axıram saf sular kimi,
Doludur kədərlə boşalmır ürək.
Gəl yenə yollarda yubanaq bir də,
Bir az mən cavanam tələsmə ürək.
Bənd olmuşam sənə göz səni gəzir,
Bənd olmuşam gülə gül səni gəzir.
Nurlu misralarım vətəni gəzir,
Sındırma qəlbimi , sındırma fələk.
Açılıb baharım təzədir-tərdir,
Mənə fəxr ilə açıb qolların.
Məhəbbət aləmim, sevgi aləmim.
Sındırma qəlbimi, sındırma fələk.
Yenə də bu günlər sözlə dolmuşam,
Bəxtiyar bahara qonaq gəlmişəm.
Məni sındırıb gülə dönmüşəm,
Sındırma qəlbimi , sındırma fələk.
Söz aləmi məndə, öz aləmim var,
Yaraşmır şairə tez sınıb getmək.
Elə coşuram ki, coşqundur ürək,
Sındırma qəlbimi , sındırma fələk.
PÜSTƏ RƏVAN