Püstə Rəvanın söz dünyasından… FOTO
YA RƏBBİM AL MƏNİ ÖZ HİMAYƏNƏ
Ya Rəbbim, al məni öz himayənə,
Ən güclü himayə sənin himayən,
İbadət etmərəm özgə birinə,
İbadətə layiq tək Rəbbim sənsən!
Ya Rəbbim, al məni himayənə,
Sənin himayəndə olan ağlamaz,
İman ver! Yaşayım sənin eşqinə,
Sənin verdiyini kimsə alanmaz!
Ya Rəbbim, al məni öz himayənə,
Nə olur, mömün olum, mömin olum mən,
Edim yaxşı işlər, sənin xətrinə,
Mənə də bir pay ver, öz cənnətindən!
Ya Rəbbim, al məni öz himayənə,
Uzaq et şeytanın vəsvəsəsindən,
Bağışla ya Rəbbim, rəhm eylə mənə,
Hifs eylə sən məni pisin şərindən!
Ya Rəbbim, al məni öz himayənə,
Məndən uzaq elə riyakarlığı,
Qoy rahat yaşayım sığınıb sənə,
Qoyma mənə yaxın fitnəkarları!
Ya Rəbbim, al məni öz himayənə,
Səadət qapısın açsın üzümə,
Pənah gətirərəm mən qüdrətinə,
Rəhm eylə, olmayım qul öz nəfsimə!
Ya Rəbbim, al məni öz himayənə,
Himayən altında olan nə xoşbəxt,
Bürünüm mən sənin mərhəmətinə,
Mən də xoşbəxt olum Rəbbim nəhayət!
Ya Rəbbim, al məni öz himayənə,
Rəva bilmə yanım od atəşinə,
Çoxdu ehtiyacım, Allahım sənə,
Ya Rəbbim, al məni öz himayənə!
SONUNA QƏDƏR
Hardan belə gəldi bu dəli sevgi?
Bir həvəs içimə, duyğu ötürüb.
Nədir bu, ürəyim onunla gedir,
Atıb əl, könlümü haçan götürüb?
Mələk qanadında göylərdən enib,
Günəşdənmi gəlib, aydanmı gəlib.
Sevgiylə danışıb, sevgiylə dinib,
Özümdən xəbərsiz ruhuma enib.
Yamanca bu sevgi qaldırıb məni,
Göylərin yeddinci bəyaz qatına.
Saldırıb sehirli aləmə məni,
Qoşuram nəğmələr onun adına.
Ey Püstə, deyir ki, bir dəli şeytan,
Beləcə sevəsən ölənə qədər.
Əllərindən tutub, birlikdə gedək,
Yaşayaq dünyanın sonuna qədər.
PÜSTƏ RƏVAN