Püstə Rəvan:”Bu torpaqdadı”… FOTO
BU TORPAQDADI
Vurğunu olduğum ana vətənin,
Dini, bərəkəti bu torpaqdadır,
Gecəli-gündüzlü yayla tar çalır,
Şirin saz havası bu torpaqdadır.
Bu torpaq yetirmiş, neçə qəhrəman,
Koroğlu, Nəbisi sulayıb meydan,
Dar gündə igidlər deyibdi qan-qan,
Övlada məhəbbət bu torpaqdadır.
Dosta məhəbbətin çələngi burda,
Şir biləkli Mehdi pələngi burda,
Odlu nəğmələrin, ahəngi burda,
Vətənə məhəbbət bu torpaqdadır.
Durub oğulları hər an keşikdə,
Ocaqdır hər yuva, evdə eşukdə,
İgidlər böyüyür hələ beşikdə,
Canından keçənlər bu torpaqdadır.
DOST KİMİ SEVƏCƏYƏM MƏN
Nə geri dönəcəm, nə də gedəcəm,
Səni bir dost kimi sevəcəyəm mən,
Bəzi hisslərini gizlədib səndən,
Səni bir dost kimi sevəcəyəm mən.
Ürək zülüm çəkib, yaşa dolsada,
Zəif çiçək kimi, açıb solsada,
Bu sevgi nə qədər çətin olsada,
Səni bir dost kimi sevəcəyəm mən.
Bəlkə də batacam kədərə qəmə,
Nə soruş, nədə ki, bir kəlmə demə,
Bunları deməkdə çətindir mənə,
Səni bir dost kimi sevəcəyəm mən.
Sevəcəm gizlində, aşkarda səni,
Qovacaq qəlbimdən dumanı çəni,
Dost deyib bir gündə axtarsan məni,
Səni bir dost kimi sevəcəyəm mən.
PÜSTƏ RƏVAN -Pressaz.az