Pulsuz dərmanların – Siyahısı

Bir neçə gün əvvəl Səhiyyə Nazirliyi “Aptek təşkilatlarından dərman vasitələrinin buraxılması Qaydaları”na dəyişiklik etdi. Yeni qaydalara əsasən, bundan sonra həkim resepti əsasında buraxılan dərman vasitələrinin reseptsiz buraxılması qadağandır. Resept əsasında isə yalnız Azərbaycanda dövlət qeydiyyatına alınmış dərman vasitələri buraxılacaq.

Dəyişiklikdə pulsuz verilməli olan dərmanlarla da bağlı bənd var. Göstərilir ki, ödənişsiz şərtlərlə dərman almaq hüququna malik olan şəxslərə dərman preparatı yazmaq üçün istifadə olunan ödənişsiz resept blanklarının bu qaydalara əlavə olunan forma (4 nömrəli əlavə) üzrə qeydiyyatı aparılacaq. Ödənişsiz dərman vasitələrinin buraxılışı Səhiyyə Nazirliyi və ya onun yerli idarə və müəssisələri tərəfindən müəyyən olunmuş aptek təşkilatlarında həyata keçiriləcək. Ödənişsiz dərman vasitələri buraxılarkən onlara yazılan resept blankının əsas hissəsi aptek təşkilatında qalır, kötük hissəsi isə alıcıya verilir. Ümumilikdə, dərman vasitələrinə yazılan reseptlərin etibarlılıq müddəti 90 gün, ödənişsiz dərman vasitələrinə isə 30 gündür.

Bunları nəzərə alaraq Publika.az, ümumiyyətlə, hansı dərmanların pulsuz verilməli və haradan alınmalı olduğunu araşdırıb.

Səhiyyə Nazirliyindən bildirilib ki, Azərbaycanda dövlət səhiyyəsi əhaliyə ödənişsiz xidmət edir. Əhalinin pulsuz olaraq dərman vasitələri və ləvazimatları ilə təchiz edilməsi üçün bu və ya digər xəstəliklər üzrə Dövlət Proqramları qəbul edilib: “Bu gün ölkədə xəstələrin bir çox qrupu dövlət tərəfindən pulsuz dərman vasitələri ilə təmin olunurlar. Səhiyyə nazirinin 01.12.2005-ci il tarixli əmrinə əsasən stasionarda müalicə alan bütün xəstələrə 166 adda dərman vasitələri pulsuz verilir. Bundan başqa, müxtəlif imtiyazlı qruplara daxil olan xəstələrə (şəkər xəstələri, I, II qrup əlillər, Qarabağ və Böyük Vətən Müharibəsi əlilləri və s.) 99 adda dərman preparatları pulsuz paylanılır. Şəkərli diabet və onkoloji xəstələr də lazımi dərman vasitələri ilə dövlət tərəfindən pulsuz təmin olunurlar.

Xroniki böyrək çatışmazlığı olan xəstələrin müalicəsi üçün də lazımi dərman vasitələri tam həcmdə pulsuz verilir”.

Bu dərmanlar pulsuzdur

Şəkərli diabet üzrə Dövlət Proqramına uyğun nəzərdə tutulmuş dərman vasitələri:

dərman preparatının adı
1 İNS Aktrapid HM 100 TV 10 ml
2 İNS İnsulatard HM 100 TV 10 ml
3 İNS Mikstard HM 100TV 10 ml
4 İNS Lantus Solostar 100TV 3ml № 5
5 İNS Levemir flexpen 100TV 3ml № 5
6 İNS NovoMiks flexpen 100TV 3ml № 5
7 İNS Novorapid flexpen 100TV 3ml № 5
8 Metformin 500 mq N60
9 Metformin 850 mq N60
10 Qlikvidon 30mq N60
11 Qliklazid 60 mq N30
12 Qlimepirid 2mq N30
13 Qlimepirid 3 mq N30
14 Qlimepirid 4 mq N30
15 Şpris 1,0 insulin
16 Test stripi № 50 “Optimum” qlukometrinə uyğun
17 Test stripi № 25 “Medi Smatr Sapphire” qlukometrinə uyğun
18 Test stripi № 25 “Nova Sens” qlukometrinə uyğun

Imtiyazlı qruplara daxil olan xəstələrin təminatı üçün dərman vasitələri:

dərman preparatının adı
1 Adelfan ezidreks №10
2 Adenozinüçfosfor t-su (ATF) 1% 1ml №10
3 Aktivləşdirilmiş kömür 0,25qr N10
4 Aktoveqin 200mq 5ml №5
5 Allaxol Nq10
6 Almaqel (algeldrat+Mg hidroksid) 170ml
7 Aminofillin (eufillin) 0,15 №30
8 Aminofillin (eufillin) 2,4% 5ml №10
9 Amiodaron 200mq №30
10 Amlodipin 5mq №30 (vackorel)
11 Ampisillin Na 0,5qr
12 Ampisillin trihidrat 250mq Ns10
13 Askorbin turşusu 5% 2ml Nfi10
14 Aspirin (asetilsalisil t-su) 0,5qr N10
15 Baralqin5ml №5
16 Benzilpenisillin Na 1,0
17 Betametazon məlhəm 0,1% 30qr (diprosalik)
18 Bromqeksin 8mq Ns50
19 Bromqeksin 8mq/5ml 150ml
20 Deksametazon 4mq 1ml №5
21 Desmopressin nazal sprey 10mq 5ml (minirin)
22 Dibazol (bendazol q/xl) 1% 1ml N10
23 Difenhidramin h/xl (dimedrol) 1% 1ml Nq10
24 Difenhidramin h/xl (dimedrol) N10
25 Diklofenak Na 50mq №20
26 Diklofenak Na 75mq 3ml №5
27 Drotaverin h/xl 2% 2ml N°10
28 Drotaverin h/xl 0,04 Nfi20
29 Ekstrakt valerian 0,02 N50
30 Enalapril 10mq Nq20
31 Enalapril 20mq Ns20
32 Essensiale-H 250mq 5ml Nö5
33 Essensiale-forte H 300mq Nq30
34 Etamzilat 2ml Ns10
35 Fenoterol (Berotek) 10ml 100mkq 200 doz
36 Festal Ns10
37 Flukonazol 150mq Ns1
38 Furosemid 1%2ml Ns10
39 Furosemid 40mq Ns50
40 Intal(Kromolin-Natriy) 5mq 112 doz
41 Kalimin (piridostiqmin bromid) 60mq Ns100
42 Kalsium qlukonat 10% 10ml Ns10
43 Kaptopril 25mq Nq40
44 Kaptopril 50 mq Ns20
45 Kartan (L-kamitin) 5ml Ns5
46 Kokarboksilaza 50mq Ns5
47 Korqlükon 0,06% 1ml Ns10
48 Korvalol 25ml
49 Kvinaks (azapentasen) 15ml
50 Metamizol(analqin) 50% 2ml NqIO
51 Metamizol(analqin) 500mq N10
52 Metipred (metilprednizolon)4mq Ns30
53 Metoklopromid 0,5% 2ml №10
54 Metoprolol 50mq№30
55 Nifedipin 10mq№50
56 Niketamid (kordiamin) 25% 2ml N10
57 Nikotin turşusu 1% 1ml N10
58 Niserqolin (sermion) 4ml №4
59 Niserqolin (sermion) 5mq №30
60 Nandrolon 50mq/ml №1 (retabolil)
61 Oftan kataxrom 10 ml
62 0ksibral30mq Ns20
63 Omeprazol 20mq №30
64 Pananqin (K-Mq aspartat) 10ml №5
65 Pananqin (K-Mq aspartat) №50
66 Papaverin h/xl 2% 2ml №10
67 Pilokarpin h/xl 2% 5ml №2
68 Pirasetam 400mq №60
69 Pirasetam 20% 5ml №10
70 Piridoksin h\x5%1ml№10 (vit B6)
71 Platifillin hidrotartrat 0,2% 1m I№10
72 Polivitamin №30
73 Prednizolon 25mq 1ml N3
74 Prednizolon 5mq №60
75 Prokain h/xl(novokain) 0,5% 5ml №10
76 Qentamisin sulfat 4% 2ml №10
77 Riboksin (inozin) 0,2 qr №50
78 Riboksin (inozin)2% 5ml №10
79 Salbutamol 10ml 200doz
80 Serebrolizin 1ml N10
81 Seretid rotadisk 50/250mkq 60doz
82 Sianokobalamin 500mkq 1ml №10
83 Sinnarizin 25mq №50
84 Solkoseril 2ml №25
85 Solkoseril 5% məlhəm 20qr
86 Sulfokamfokain 10% 2ml №10
87 Xloropiramin 2% 1ml №5
88 Suprastin (xloropiramin) 25mq №20
89 Tlamin xlorid 5% 1ml №10
90 Timolol (timolol maleat) 0,5% 10ml
91 Tioqamma 600mq N”30
92 Tioqamma turbo 50ml
93 Trental (pentoksifillin) 100mq №60
94 Trental (pentoksifillin) 2% 5ml №5
95 Trental (pentoksifillin) 400mq №20
96 Triamsinolon (polkortolon) 4mq №50
97 Trimetazidin (PreduktalMR) 35mq Me60
98 Troksivazin 300mq №50
99 Troksivazin qel 2% 40qr
100 Veroşpiron (spironolakton) 25mq №20
101 Vinposetin (kavinton) 10mq 2ml N10
102 Vinposetin 5mq №50
103 Şpris 10.0
104 Şpris 2.0
105 Şpris 5.0

Səhiyyə Nazirliyi xəstələrə pulsuz dərmanların hansı apteklərdə, tibb müəssisələrində verilməsinə də aydınlıq gətirib.

Nazirlikdən deyilir: “Təsdiq olunmuş dispanser qrup əsasında dövlət tərəfindən alınmış pulsuz dərman preparatları və ləvazimatlar əhaliyə qeydiyyatda olduqları yaşayış yeri üzrə poliklinikalarda təyin olunmuş mütəxəssislər tərəfindən yazılmış imtiyazlı reseptlər əsasında yerli poliklinikaların apteklərində təqdim olunur.

Dövlət xəstəxanalarında əhali pulsuz olaraq müalicə edilir, mütəxəssislərin təyinatı ilə dərman preparatları və ləvazimatlarla təmin olunur. Zəruri hallarda xəstəxananın konsiliumunun kollegial qərarı ilə xəstənin müalicəsi üçün dövlət hesabına pulsuz olaraq təqdim olunan dərmanların siyahısına daxil olmayan preparatlar xəstənin müalicəsi üçün təyin oluna bilər.

Eyni zamanda, bütün zəruri tibbi avadanlıqlarla təchiz edilmiş təcili təxirəsalınmaz tibbi yardım maşınlarında ehtiyacı olan vətəndaşlara geniş spektri əhatə edən dərman preparatları və ləvazimatlar tamamilə pulsuz təqdim edilir”.

Pulsuz dərmanları bu ünvanlardan almaq olar (Bakı):

rayon tibb müəssisəsinin adı ünvan
1 Səbail 1 saylı Şəhər Poliklinikası Bülbül prospekti, 8
2 Səbail 33 saylı Şəhər Polikiinikası Bayıl qəsəbəsi, Qurban Abbasov küçəsi, 11/6
3 Nəsimi 20 saylı Şəhər Poliklinikası 3-cu mikrorayon, Cavadxan küçəsi, 22
4 Nəsimi 5 saylı Şəhər Poliklinikası Bakıxanov küçəsi
5 Nərimanov 4 saylı Şəhər Poliklinikası Təbriz küçəsi
6 Yasamal 3 saylı Şəhər Poliklinikası C.Cabbarlı küçəsi
7 Yasamal 16 saylı Şəhər Poliklinikası Inşaatçılar prospekti, 12/26 1
8 Yasamal 19 saylı Şəhər Poliklinikası Zərdabi küçəsi, 61
9 Nizami 18 saylı Birləşmiş Şəhər Xəstəxanası Nəsimi küçəsi, 11
10 Xətai 7 saylı Şəhər Poliklinikası M.Rüstəmov küçəsi, 1
11 Binəqədi 9 saylı Şəhər Poliklinikası 9-cu mikrorayon, Mir Cəlal küçəsi
12 Xəzər 14 saylı Birləşmiş Şəhər Xəstəxanası Buzovna qəsəbəsi, R.İmanov küçəsi, 2A
13 Xəzər 29 saylı Birləşmiş Şəhər Xəstəxanası Binə qəsəbəsi, Fuad Aynulov küçəsi, 2
14 Xəzər 10 saylı Birləşmiş Şəhər Xəstəxanası Pirallahı qəsəbəsi, K.Rzayev küçəsi, keçid 22/13
15 Xəzər 26 saylı Birləşmiş Şəhər Xəstəxanası Mərdəkan qəsəbəsi, R.Qasımov küçəsi, 6
16 Sabunçu 11 saylı Şəhər Poliklinikası Bakıxanov qəsəbəsi 1, Səməd Vurğun küçəsi, 8
17 Sabunçu 3 saylı Klinik Xəstəxanası Sabunçu qəsəbəsi, Ə.Məmmədəliyev küçəsi, 20
18 Sabunçu 7 saylı Birləşmiş Şəhər Xəstəxanası Maştağa qəsəbəsi, N.Nərimanov küçəsi, 41
19 Sabunçu 21 saylı Şəhər Poliklinikası Zabrat qəsəbəsi 1, A.Axundov küçəsi, 28
20 Sabunçu Kürdəxanı Sağlamlıq Mərkəzi Kürdəxanı qəsəbəsi, Məşədi Adil küçəsi, 5
21 Suraxanı 24 saylı Şəhər Poliklinikası Bülbülə qəsəbəsi
22 Suraxanı 15 saylı Birləşmiş Şəhər Xəstəxanası Qaraçuxur qəsəbəsi Ə.Mehbalıyev küç.14
23 Qaradağ 23 saylı Birləşmiş Şəhər Xəstəxanası Sahil qəsəbəsi, Sahil küçəsi
24 Qaradağ 32 saylı Şəhər Poliklinikası Ələt qəsəbəsi
25 Qaradağ 19 saylı Birləşmiş Şəhər Xəstəxanası Lökbatan qəsəbəsi, Nizami küçəsi, 9