Prezident İlham Əliyev Pakistanla əlaqələrin inkişafına xüsusi önəm verir – FOTO
Prezident İlham Əliyev Pakistanla əlaqələrin inkişafına xüsusi önəm verir və ölkənin ali siyasi rəhbərliyi ilə qarşılıqlı inam və etimada əsaslanan yüksək səviyyəli münasibətlər saxlayır.
Tarixən Azərbaycan və Pakistan əlaqələri dostluq və qardaşlıq üzərində qurulmuşdur. Hər iki ölkə bir-birinə sıx dostluq əlaqələri ilə bağlıdır. Pakistan Sovet İttifaqının süqutundan sonra müstəqillik əldə edən Azərbaycanı 1991-ci ilin oktyabrında tanıyan ilk üç dövlətdən birincisidir. Bu da iki dövlətin tarixi əlaqələrinin sıx dostluq üzərində qurulması ilə bağlıdır. Diplomatik əlaqələrin əsası 1992-ci ilin iyununda qoyulmuş, Bakıda Pakistan səfirliyi 1993-cü ilin martında açılmışdır. Azərbaycan İslamabadda öz diplomatik missiyasına 1997-ci ilin avqustunda başlamışdır. 2017-ci ildə iki ölkə arasında diplomatik əlaqələrin əsasının qoyulmasının gümüş yubileyi də qeyd olunmusdur. Əməkdaşlıq siyasi, iqtisadi, təhlükəsizlik, mədəniyyət, müdafiə və digər sahələrdə davam etdirilir və bundan sonrada bu prosesi daha sürətli formada davam edəcəkdir.
Qardaş ölkə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı öz qəti mövqeyini də bildirmiş və Azərbaycana dəstək vermək və həmrəylik nümayiş etdirməklə bu günə kimi Ermənistanla diplomatik əlaqə qurmamisdir. Onu bir dövlət kimi tanımayıb. Həmçinin Pakistan Senatının Xarici Əlaqələr Komitəsi Azərbaycana dəstəyini möhkəmləndirmək üçün Xocalı faciəsini genosid kimi tanımışdır. Bütün bu proseslər Azərbaycan Və Pakistan münasibətlərini normal xarakterizə etməyə imkan verir.
1993-cü il aprelin 30-da BMT Təhlükəsizlik Şurasının Azərbaycana dair 822 nömrəli qətnaməsinin qəbul olunduğu iclasa Pakistan sədrlik edib
İki ölkə arasında təmaslar və qarşılıqlı səfərlər Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 1994-cü ilin dekabrında Kasablankada Pakistanın ovaxtkı Baş naziri Benazir Bhutto ilə görüşündən sonra başlayıb. Bu görüşlə ikitərəfli münasibətlər yeni inkişaf mərhələsinə qədəm qoyub. Prezident İlham Əliyev Pakistanla əlaqələrin inkişafına xüsusi önəm verir və ölkənin ali siyasi rəhbərliyi ilə qarşılıqlı inam və etimada əsaslanan yüksək səviyyəli münasibətlər saxlayır.
Prezident İlham Əliyev cari ilin 11 iyul tarixində İslamabadda dövlət səfəri etmişdir. Xusis qaravulla qarşılanan Cənab Prezident İlham Əliyev iki dövlət arasında münasibətlərin dəyərlər və dəyərlər sistemini xarakterizə edən sistem üzərində qurulduğunu bildirmiş, bundan sonra münasibətlərin daha da güclənəcəyini iki dövlət arasında tərəfdaşlıq sazişlərin bağlanması isə ticari və siyasi əlaqələrin möhkəmlənməsinə xidmət edəcəkdir.
Vətən müharibəsindən dərhal sonra Azərbaycanın işğaldan azad etdiyi ərazilərin bərpasına başlaması Qarabağ bölgəsini bir çox dövlətlər üçün iqtisadi maraq məkanına çevirib. Bununla belə, Azərbaycan Qarabağın dirçəldilməsində özünün daxili resursları ilə yanaşı, Vətən müharibəsində ona siyasi və mənəvi dəstəyini ifadə edən dost dövlətlərlə əməkdaşlıq etməkdə və həmin ölkələri işğaldan azad etdiyi ərazilərdə müxtəlif iqtisadi layihələrin təşviqinə, bir sözlə, sərmayələrin cəlb edilməsində maraqlı olduğunu bəyan edib. Bu baxımdan Azərbaycanın dost Pakistan dövləti ilə münasibətləri xüsusi əhəmiyyətə malikdir. Pakistan Azərbaycanın işğaldan azad olunan ərazilərində də potensial investor ölkələrdən biridir.
İqtisadi əməkdaşlıq Azərbaycanla Pakistan arasında münasibətlərin mühüm aspektidir. Bunun üçün böyük potensial var. İki ölkə arasında ticarət dövriyyəsinin artırılması mümkündür. Hər iki dövlət öz aralarında ticarət və investisiya sahəsini inkişaf etdirməyə çalışır. 2021-ci ildə Pakistan-Azərbaycan İqtisadi Əməkdaşlıq Palatasının yaradılmasından sonra ikitərəfli iqtisadi əlaqələr və ticarət genişlənib. Bu palatının yaradılması iqtisadi əlaqələrin inkişafına böyük dəstəkdir. 2023-cü ildə iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 27 milyon ABŞ dolları təşkil edib. Pakistan tərəfi Azərbaycan şirkətlərinin bu ölkəyə sərmayə qoymasında maraqlıdır. Hazırda Azərbaycanda 3600-dən çox Pakistan şirkəti qeydiyyata alınıb və sənaye, kənd təsərrüfatı, tikinti, ticarət, nəqliyyat və xidmət sahələrində aktiv fəaliyyət göstərirlər.
Bu gün Azərbaycan-Pakistan münasibətləri hər iki ölkənin dövlət rəhbərlərinin səyləri nəticəsində özünün ən yüksək inkişaf dövrünü yaşayır. Azərbaycanın Vətən müharibəsində Qələbəsi və antiterror tədbirləri nəticəsində öz suverenliyini tam bərpa etməsi ilə Cənubi Qafqazda yaranan yeni reallıqlar və əməkdaşlıq imkanları ikitərəfli və çoxtərəfli əlaqələrin dərinləşməsi istiqamətində yeni perspektivlər açır. Prezident İlham Əliyevin Pakistana dövlət səfəri ölkələrimiz arasındakı ikitərəfli münasibətlərə yeni məzmun və keyfiyyət gətirərək, qarşılıqlı əməkdaşlığın daha geniş sahələri əhatə etməsini və uzunmüddətli müddətdə dərinləşməsini təmin edəcək.
Niyaməddin Əsgərov
Yeni Azərbaycan Partiyası
Beyləqan rayon təşkilatının sədr müavini.