Prezident bu qanun layihəsini MM-ə təqdim etdi
Prezident İlham Əliyev “2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsini Milli Məclisin müzakirəsinə təqdim edib.
Media.info.az u barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Layihəyə əsasən, gələn il Azərbaycanın dövlət büdcəsinin gəlirlərinin 36 milyard 616 milyon manat, xərclərinin isə 39 milyard 667,6 milyon manat olacağı gözlənilir. Bunlar 2024-cü ilin təsdiq olunmuş proqnozlarına nisbətən müvafiq olaraq 0,6 % çox və 0,2 % azdır.
Son nəticədə dövlət büdcəsində 3 milyard 51,6 milyon manat kəsir yaranmalıdır. Bu isə illik müqayisədə 9 % azdır.