Pressaz.az Təbrik edir: Əziz Xanımlar Sizi 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edirik!

Qadın xoşbəxtliyə gedən yolun yolçusudur. Qadın anadır. Kimliyindən asılı olmayaraq hər bir şəxs analar qarşısında baş əyir. Yer üzündə elə bir müqəddəs varlıq yoxdur ki, anadan əziz olsun. Ulu öndərimiz Heydər Əliyevin qadınlara arxalandığını, onları özünün dayağı hesab etdiyini bildirərək Azərbaycan qadını haqqında dediyi sözləri yada salaq: “Qadın dünyadır, qadın həyatdır, insanlığı yaşadan müqəddəs varlıqdır”.

Tariximizin və mədəniyyətimizin neçə-neçə şanlı, parlaq səhifəsi məhz Qadınln adı ilə bağlı olmuşdur. Azərbaycan qadını dünyaya bəşəriyyətin mədəni fikir xəzinəsinin incilərini yaradan ədəbi şəxsiyyətlər, görkəmli elm və sənət adamları, tanınmış siyasi xadimlər bəxş etmişdir. Xalqımızın təfəkküründə ana məfhumu doğma yurdun, Vətən torpağının təcəssümüdür. Ötən əsrdə qadın hüquqlarının qazanılması və qorunması yolunda misilsiz uğurlar əldə etmiş Azərbaycan qadını bu gün artıq ölkəmizin ictimai-siyasi, iqtisadi, mədəni həyatının fəal iştirakçısıdır. O, taleyüklü milli məsələlərin həllinə sanballı töhfələr verir. Dövlət quruculuğunda onun yüksək ehtirama layiq mövqeyi bu gün qeyd edilən bayramı müstəqillik ideyası ətrafında sıx birləşən xalqımızın və cəmiyyətimizin bayramına çevirmişdir. Elm, təhsil, mədəniyyət, səhiyyə və digər sahələrdə qazandığı nailiyyətlər Azərbaycan qadınının çox böyük potensiala malik olduğunu zaman – zaman təsdiq etmişdir.
Müasir dövrdə qadınlarımız müstəqil Azərbaycanın inkişafına öz dəyərli töhfələrini verir, beynəlxalq qadın hərəkatında fəal iştirak edirlər. 

Bu gün 8 Mart Beynəlxalq Qadınlar Günüdür. Pressaz.az kollektivi Azərbaycan Xanımlarını, başda Şəhid və Qazi Anaları olmaqla bütün qadınları təbrik edir. Əziz xanımlar, təkcə bu gün yox, sabah da, o biri gün də – daim üzünüz gülsün! Sizi həmişə zərif görmək istəyirik.  Qadın adını, Ana adını daşımağı hər bir azərbaycanlı xanıma arzu edirik. Çünki Sizlər buna və bundan da yüksək, ali mənsəbə, hörmətə və məhəbbətə layiqsiniz. Unutmamalıyıq ki, bəşəriyyətin yarıdan çoxunu təşkil edən qadınlar, analar – bu zərif insanlardır!

BAYRAMINIZ MÜBARƏK OLSUN!