PRESSAZ.AZ -dan Yeni İlə yeni arzularla…
Pressaz.az kollektivi bütün soydaşlarımızı 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə təbrik edir, yeni ildə xalqımıza xoş güzəran, ruzi-bərəkət, firavanlıq, əmin-amanlıq və Qələbə arzulayır.
Qoy qarşıdan gələn yeni il dünyanın müxtəlif guşələrində yaşayan milyonlarla soydaşımızın arzularının, istəklərinin gerçəkləşdiyi il olsun.
Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə abunəçilərimizi, tərəfdaşlarımızı və bütün həmkarlarımızı da ürəkdən təbrik edirik. Bayramlarınız mübarək!